ASAN könüllüləri QHT sektoru ilə əməkdaşlığa cəlb edilir

UNİCEF-in dəstəyi ilə “Aztəminatlı ailələrdən olan uşaqlara hüquq xidmətinin göstərilməsi” layihəsi çərçivəsində Qəbələ “ASAN xidmət” mərkəzində ASAN könüllüləri ilə tədbir keçirilib. Tədbirdə layihənin məqsədivəaztəminatlı ailələrdən olan uşaqlar üçün ödənişsiz hüquqi xidmətlərin təşkilinin əhəmiyyəti barədə məlumat verilib.

Layihənin əlaqələndiricisi Ümüdvar Həsənov layihənin icrası, əhəmiyyəti və məqsədləri barədə geniş məlumat verərək layihə çərçivəsində könüllülərlə işin vacibliyini qeyd edib. O bu cür tədbirlərə ehtiyacın olduğunu qeyd edərək yeni əməkdaşlığın uğurlu olacağına inandığını bildirib.

Daha sonra hüquqşunas Vüsal Məmmədov uşaq hüquqları və onların qorunması, bu sahəyə dövlət qayğısı, qəbul edilən qanunlar və əhəmiyyəti ilə bağlı çıxışlar edib. Hüquqşunas Qəbələ “ASAN xidmət” mərkəzi ilə birgə əməkdaşlığın əhəmiyyətini də vurğulayıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: