IqtisadiyyatSiyasətTəqdimatƏn SonƏn Son

“ASAN Könüllüləri” Təşkilatı tərəfindən Gənclər Simpoziumu keçirilib

18 may 2021-ci il tarixində “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə Gənclər Simpoziumu keçirilib.

Tədbir ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilib. Bakı Dövlət Universitetində baş tutan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova iştirak ediblər.

Tədbirin əsas məqsədi dövlətçiliyin daha geniş təbliğ olunması, gənclərin davamlı inkişafının təmin edilməsi, Ümummilli liderin həyatı və fəaliyyəti haqqında gənclərin araşdırmalara sövq edilməsidir.

Əsas hissədə layihənin seçilmiş 10 iştirakçısı öz məqaləsini səsləndirib.

Bədii hissədə isə ASAN könüllüsü Murad Hüseynlinin musiqi ifası səslənib.

Sonda iştirakçılar arasında “Ən yaxşı natiq”, “Ən yaxşı məqalə” nominasiyaları üzrə təltifetmə həyata keçirilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!