“ASAN Könüllüləri” Təşkilatı və “Azərsun” Holdinq polislərə təşəkkür məqsədilə birgə layihə həyata keçirirlər

“ASAN Könüllüləri” Təşkilatı “Azərsun” Holdinqin xüsusi karantin rejimi dövründəki sosial təşəbbüsünə dəstək göstərib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, “#VAROLUN” sosial çağırışı ilə həyata keçirilən layihə çərçivəsində polis əməkdaşlarına ASAN könüllüləri tərəfindən “Azərsun” məhsulları və çay termosları hədiyyə olunur.

Dörd gün davam edəcək layihə paytaxtda 2 növbə üzrə 160 stasionar postda xidmət aparan polis əməkdaşlarını əhatə edəcək.

Layihənin məqsədi xüsusi karantin rejimi dövründə fasiləsiz xidmət göstərən polislərə vətəndaşlarımızın təşəkkür mesajının çatdırılmasıdır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: