EventsTəqdimat

“ASAN Məktub” layihəsinin 2 yaşı ilə bağlı tədbir keçirilib

18 mart 2017-ci ildə Qəbələ “ASAN xidmət” mərkəzində “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə “ASAN Məktub” layihəsinin 2 yaşı ilə bağlı tədbir keçirilib.

“ASAN Məktub” layihəsinin məqsədi həssas qruplara aid uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətə qayğı hissini daha da artırmaqdır.

Tədbirdə Qəbələ rayonundan olan 37 uşağın istək məktubu reallaşdırılıb, eyni zamanda uşaqlar üçün Novruz Bayramı şənliyi təşkil edilib. Bayramın simvolu sayılan Kosa və Keçəl uşaqlara sevinc dolu anlar yaşadaraq onlara hədiyyələr təqdim edib.

Tədbirin sonunda “Azərbaycan Fotoqraflar Birliyi”nin “İslam həmrəyliyi” mövzusunda fotosərgisi keçirilib.

Xatırladaq ki, 2 il ərzində “asanmektub.az” saytına 1262 uşağın məktubu daxil olub və onlardan 1210 istək məktubu reallaşdırılıb. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!