“ASAN Viza” vasitəsi ilə hava limanlarında 376 000-dən çox turistə viza verilib

Artıq bir ildir ki, Azərbaycanın beynəlxalq hava limanlarında“ASAN Viza” sistemi vasitəsilə Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşlarına  yerində vizalarınverilməsitəmin edilir. Həmçinin“ASAN Viza” vasitəsi ilə diplomatik səfərlər,Formula 1, Avropa Liqası və s. bu kimi beynəlxalq tədbirlərlə əlaqədar Azərbaycana səfər edənlərin viza əldə etməsinə dəstək verilir. Hava limanlarında vizaların yerində verilməsi prosesi hər bir əcnəbi vətəndaşın orta hesabla 2 dəqiqə zamanını alır.7 dildə fəaliyyət göstərən özünəxidmət terminalları və “ASAN Viza” əməkdaşları əcnəbilərin rahat şəkildə viza almasını təmin edirlər. Özünəxidmət terminallarından başqa xüsusi pəncərələrdə viza verilməsi və bank xidmətləri də həyata keçirilir, bu isə öz növbəsində ölkəyə gələn əcnəbilərə vizaların verilməsinədəstək göstərir.

Ümumimilikdə “ASAN Viza” sistemi vasitəsilə 95 ölkədən olan əcnəbilərə elektron vizaların verilməsi həyata keçirilir. “ASAN Viza” fəaliyyətə başladığı qısa müddət ərzində Azərbaycana səyahət üçün müraciət edən 1 222 000 –dənçox əcnəbiyə viza verilib. Bura həm www.evisa.gov.az portalı vasitəsilə, həm də hava limanlarında verilən vizalar daxildir.  Hava limanlarında 376 000-dən çox turistə viza verilib.

Bu il Azərbaycana elektron viza üçün müraciət edən turistlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 72 % artıb.

Hazırda Avropa Liqasının Finalı ilə bağlı işlər davam edir.“ASAN Viza” əməkdaşlarınınFinala sayılı günlər qalmışgücləndirilmiş iş rejimində fəaliyyət göstərmələri planlaşdırılır. Həmçinin Heydər Əliyev  Beynəlxalq Hava Limanında  “ASAN Viza” xidmət terminallarının və əməliyyat pəncərələrinin sayı iki dəfədən çox artırılıb, gəliş vizalarının verilməsi proseduru sadələşdirilib, UEFA Avropa Liqasının Finalı ilə bağlı vizaların verilməsi 30 saniyəyə qədər azaldılıb.

Azərbaycan ərazisində yerləşən beynəlxalq hava limanlarında vizaların verilməsi “Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin  31 yanvar 2018-ci il tarixli Fərmanına əsasən  15 may 2018-ci il tarixindən  “ASAN Viza” tərəfindən həyata keçirilir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: