ASAN Xidmət Əfqanıstanda

Əfqanıstanda Azərbaycanın ASAN xidmətinin analoqu yaradılıb.

Bu barədə SINAM şirkətindən məlumat verilib.

Məlumata görə, “Asan Khedmat” adlanan qurum hazırda sürətləndirilmiş tempdə Əfqanıstanda elektron hökumət strukturlarının yaradılması ilə məşğuldur.

Şirkətdən bildirilib ki, Əfqanıstan Maliyyə Nazirliyi məsləhətləşmələr və elektron sənəd dövriyyəsi ilə bağlı layihələrin hazırlanması üçün Azərbaycana müraciət edib.

Məlumatda deyilib: “Təkliflər bu ilin birinci rübünün sonunadək hazırlanaraq Əfqanıstan Maliyyə Nazirliyinə təqdim olunacaq”.

©Trend Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: