“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq

Sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Uqanda Respublikasının Dövlət Xidmətləri Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Frame.az xəbər verir ki, memorandum Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin Uqandanın dövlət xidmətləri naziri Vilson Muruli Mukasanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı imzalanıb.

Görüşdə Anlaşma Memorandumu çərçivəsində fəaliyyət planı üzrə əməkdaşlıq məsələləri, görüləcək tədbirlər müzakirə olunub.

Memorandumun məqsədi Uqanda Respublikasında dövlət xidmətlərinin göstərilməsi sisteminin təkmilləşdirilməsi, bu sahədə idarəetmə bacarıqlarının artırılmasıdır.

Sənəd Davamlı İnkişaf Məqsədləri və 2030 Gündəliyi kontekstində Afrika ölkələrinin inkişafı, nümunəvi idarəetmə və sosial-iqtisadi irəliləyiş baxımından xüsusi önəm daşıyır.

Səfər zamanı Uqanda nümayəndə heyətinin “ASAN xidmət” mərkəzləri, “ABAD” publik hüquqi şəxsi, səyyar “ASAN xidmət” təcrübəsi ilə tanışlığı nəzərdə tutulub. Həmçinin qonaqlar üçün Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən təqdimatlar həyata keçiriləcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: