EventsFestivallarTəqdimatƏn Son

“ASAN Yay Festivalı” Gəncədə

“ASAN Könüllüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə növbəti “ASAN Yay Festivalı” keçirilib.

Gəncə regional  “ASAN xidmət” mərkəzində baş tutan festivala həm yerli, həm də digər rayon və şəhərlərdən gələn sakinlər tamaşaçı qismində qoşulublar.

Konsertdə Əməkdar artist Abbas Bağırov geniş proqramla çıxış edib. Sonra DJ Spider səhnəyə çıxıb. Konsertdən hazırlanan xüsusi proqram yaxın günlərdə ASAN Radioda təqdim ediləcək.

“ASAN Yay Festivalı”na “ASAN xidmət”in Rəqəmsal Könüllüləri də qatılıblar. Onlar festival iştirakçılarını elektron hökumət, elektron dövlət xidmətləri, elektron ödənişlər və elektron xidmətlərdən istifadənin üstünlükləri barədə məlumatlandırıblar.

“ASAN Yay Festivalı”daha öncə Masallı və Mingəçevir “ASAN Həyat” komplekslərində  keçirilib. Növbəti görüş yeri Sabirabad olacaq.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!