Bizim AşpazDünya MətbəxiEventsLəzzətli BölümMədəniyyət

Aşbazlarımız Maltada “Malta Kulinarja -2018 ” yarışında iştirak edib

21-26.02.2018 tarixlərində Maltada ” Malta Kulinarja -2018 ” yarışları keçirildi.

Tədbirin açılışında Malta Prezdenti Marie-Louise Coleiro Preca da iştirak etdi, o çıxış edərək komandalara uğurlar arzuladı. Azərbaycanı bu yarışda Azərbaycan Milli Kulinariya Mərkəzinin baş texnoloqu Elnurə Quliyevanın rəhbərliyi altında aşpazlar Ağa Salamov, Sarxan Məmmədov, Nicat Babayev təmsil edirdi.

Qeyd edək ki, “Malta Kulinarja – 2018” Avropanın iki ildən bir keçirilən ən mötəbər kulinariya yarışlarından biridir. Bu yarışda 350 – dən çox aşpaz iştirak edirdi. Bundan əlavə dünyanın tanınmış otelləri öz komandalarını məhz bu yarışda iştiraka göndəririlər. Münsiflər heyətində Almaniya, Norveç, İngiltərə, Fransa, Portuqaliya, Slovenya, İtaliyadan olan münsiflər iştirak edirdi.
Yarışmanın ilk günü Azərbaycan Milli Kulinariya komandası 10 komanda ilə birlikdə yarışa başladı. Hilton, Intercontinental, Excelsior kimi tanınmış otellərin komandalarıda bu yarışda iştirak edirdi. Komandamız bu yarışda bürünc medallar qazandı.
Yarışmanın ikinci günü aşpaz Nicat Babayev ( Amuse bouche) və Sarxan Mammadov ( Asian fusion) iki sinifdə iştirak etdilər. Sarxan Mammadov 89.33 balla gümüş medal qazandı.
Qeyd edək Azərbaycan ilk dəfə olaraq Amuse Bouche sinifində yarışmada iştirak edirdi. Bu yarışda Nicat Babayev dördüncü oldu.
Yarışmanın dördüncü günü əsas yarışlardan biri sayılan Aralıq dənizi balığı sinfində daha iki iştirakçımız iştirak etdi. Ağa Salamov 86.67 balla, Sarxan Mammadov isə 86.33 balla gümüş medalları qazandılar. Qeyd edək bu yarışma şərtlərinə görə yalnız Aralıq dənizinin kulinariyada az istifadə olunan balıqlarından istifadə etmək olar.
Yarışmanın dördüncü günü Azərbaycan Komandası qara qutu yarışmasında iştirak etdi. 6 komandanın iştirak etdiyi bu yarışda Azərbaycan komandası üçüncü oldu. Beləliklə Malta komandamız 4 fərdi sinifdən 3 gümüş, 1 fərqlənmə diplomu, 2 komanda sinifindən 2 bürünc medal qazandı. Komandamız 6 yarış sinfində 6 nəticə göstərdi.
Yarışma zamanı Xocalı qətliamı nümayəndə heyətimiz tərəfindən anıldı. Yarış iştirakçılarımız Xocalı qətliamını digər ölkə nümayəndələrinin diqqətinə çatdırmaq üçün Xocalı ilə bağlı rəsmlərdən və şüarlardan istifadə etdilər. Orda olan insanlara bu qətliam ilə bağlı məlumat verdilər.
Göstərdiyi köməyə görə, Azərbaycan Milli Kulinariya Mərkəzi Mədəniyyət və Turizm Nazirliyinə, Qafqaz hotels by ” Gilan Holding” – ə, keyfiyyətli məhsullarına görə “Azersun Holding” şirkətinə öz minnətdarlığını bildirir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!