“Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində konsert keçirilib

Mayın 29- da Beynəlxalq Muğam Mərkəzində  “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində “Yeni səslər, qədim havalar” adlı konsert keçirilib.
Layihə  Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü ilə həyata keçirilir.
Bu ilin yanvar ayından başlayaraq Beynəlxalq Muğam Mərkəzində  “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində  beş konsert keçirilmişdir. Yanvarın 12-də “Koroğluya qayıdaq”, fevralın 16- da ”Aşıq  Ələsgərin saz-söz dünyası” martın 7-də “Zərif əllər,incə tellər”, martın 28-də “Aşıq Şəmşir şeiri”,  aprelin 12-də “Yada salaq Aşıq Ədaləti” adlı tədbirlər keçirilib.
“Yeni səslər, qədim havalar” adlı konsertin məqsədi  Azərbaycan aşıqlarının yeni nəslini, onun yaradıcı potensialını və səviyyəsini nümayiş etdirməkdir.
Konsertdə gənc və cavan ifaçılar Pərviz Cəfərov “Osmanlı divanisi”, Ramin Qarayev “Təxmis”, Samir Pənahov “ Ruhani”, Elçin Vəliyev “ Misri”,  Neymət qrupu “Naxçıvani”, Nicat Neymət “ Yanıq Kərəmi”, Əfsanə Kəriimova “Ağır şərili”, Əli Zeynalabdinov “ Dilqəmi”, Familə Göyçəli “Qəhrəmani” və Misri qrupu “Kərəm gözəlləməsi”ni ifa ediblər.
Tədbirin ssenari müəllifi  Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Sənubər Bağırovadır.
Qeyd edək ki, mayın 31- də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin “ Klassik musiqi inciləri” layihəsi çərçivəsində növbəti  konserti keçiriləcək.
Biletləri şəhərimizin kassalarından,”ASAN xidmət” mərkəzlərindən və  İticket.az saytından əldə etmək olar.
Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: