Asiyanın ən nüfuzlu universitetinin rəhbərliyi Odlar Yurdu Universitetində

Çinin Tsingua Universitetinin “Schwarzman” Kollecinin dekanı David Pan Odlar Yurdu Universitetinin qonağı olub.

Bu barədə Frame.az-a Universitetin mətbuat xidmətindən xəbər verilib.

Qonağı Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev qəbul etdi, onu universitetdə görməkdən məmnunluğunu bildirdi.

Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, tədris prosesi, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri haqqında səfirə dolğun məlumat verdi. O, vurğulamışdır ki, Azərbaycan ilə Çin arasındakı dostluq və əməkdaşlıq münasibətləri dərin tarixi köklərə və ənənələrə malikdir. Bu gün ölkələrimiz arasındakı əlaqələr gündən-günə inkişaf edir, hər iki ölkə arasında təhsil sahəsində də münasibətlər yüksək səviyyədədir. İnanıram ki, birgə səylər nəticəsində Azərbaycan və Çin arasında olan dostluq əlaqələri, eyni zamanda ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq sahələri daha da möhkəmlənib inkişaf etdiyini qeyd edən rektor bu əlaqələrin təhsil sahəsinə də müsbət təsir etməsi arzusunu dilə gətirdi. Rektor universitet, burda təhsil alan əcnəbi tələbələr barədə də qonaqlara geniş məlumat verdi.

Daha sonra tələbələr ilə görüş oldu. D.Pan tələbələrlə görüşün onun üçün böyük şərəf və qürurverici olduğunu deyərək, Azərbaycan və Çin xalqları arasındakı sıx dostluq münasibətlərindən danışdı.

Sonra qonağa Odlar Yurdu Universitetinin Fəxri Professoru Diplomu təqdim olundu. Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edən David Pan Odlar Yurdu Universitetində olmaqdan məmnun olduğunu söylədi. Qonaq Azərbaycan və Çin arasında olan dostluq əlaqələrinin tarixi köklərə söykəndiyini bildirdi və bu əlaqələrin təhsil sahəsinin və iki universitet arasındakı münasibətlərin də inkişaf etməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Həmçinin Odlar Yurdu Universtetinin inkişafı, universitetin beynəlmiləlləşdirmə siyasəti və bu universitet ilə əməkdaşlıq maraqlarından danışdı. Daha sonra qonaq Odlar Yurdu Universiteti tələbələrinin Çin universitetləri ilə tələbə mübadiləsi və s. imkanlar barədə məlumat verdi.

Tədbirin sonunda qonaq tələbələri maraqlandıran sualları cavablandırdı.

Qeyd edək ki, D. Pan Çində elmi və texnoloji yeniliklər etdiyinə görə bir sıra adlar almış, müxtəlif mükafatlarla təltif olunmuşdur. 2004-cü ildən 2014-cü ilə qədər dünyanın ən böyük korporasiyalarının və  Çin hökumətinin yüksək vəzifəli şəxslərindən ibarət olan İqtisadiyyat və İdarəetmə Məktəbinin İnkişaf İdarəsinin direktoru vəzifəsində çalışmışdır. Eyni zamanda o, Tsingua Universitetində idarəetmə iqtisadiyyatı və korporativ idarəetmə fənləri üzrə dərs demiş, Çin iqtisadiyyatı tarixi, korporativ inkişaf və idarəetmə sahələrində elmi araşdırmalar aparmışdır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: