FutbolIdman

“Astana” və “Mançester Yunayted” komandaları arasındakı oyuna biletlərin qiyməti müəyyənləşib

UEFA Avropa Liqası çərçivəsində Qazaxıstanın “Astana” və İngiltərənin “Mançester Yunayted” komandaları arasında keçiriləcək oyunun biletlərinin qiyməti müəyyənləşib.

Frame.az xəbər verir ki, Nur-Sultan şəhərində noyabrın 28-də keçiriləcək matç üçün biletlər kateqoriyalar üzrə bölünüb. Qarşılaşmanın biletlərinin qiymətləri altıncı kateqoriya 4 min təngədən (10 ABŞ dolları) birinci kateqoriya 55 min təngəyədək (141 ABŞ dolları) dəyişir.

İki komanda arasında ilk görüş sentyabrın 19-da İngiltərədə keçiriləcək.

Xatırladaq ki, UEFA Avropa Liqasında qrup mərhələsinin püşkatmasının nəticələrinə görə, Qazaxıstan təmsilçisinin rəqibləri İngiltərənin “Mançester Yunayted”, Serbiyanın “Partizan” və Hollandiyanın “Alkmar” klublarıdır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!