IdmanTanış Olaq

Astanada keçirilən Grappling yarışmasının azərbaycanlı qalibi – “Fəxr edirəm ki…” – FOTOLAR

Frame.az xəbər verir ki, sentyabrın 7-9-da Qazaxıstanın paytaxtı Astana şəhərində Grappling (özündə güləş elementlərini birləşdirən qarışıq idman növü) üzrə dünya çempionatı keçirilib.  Dünyanın bir çox ölkələrindən qatılan yarışmaçılar arasında azərbaycanlı təmsilçilər də iştirak ediblər.

“Hadıyev Team” komandasının gənc üzvü Abbaslı Anar bu yarışda öz yaşıdları arasında (yeniyetmələr üzrə) keçirilən yarışda üçüncülüyə sahib olub. Belə ki, ilk rəqibi olan qazaxıstanlı, ikinci rəqibi polşalıya qalib gəldikdən sonra üçüncüyə – rusiyalıya məğlub olub. Bununla belə, Anar Abbaslı Azərbaycan bayrağını Astanada dalğalandırmağı bacarıb. “Mənə dəstək olan Azərbaycan MMA Grappling Federasiyasının prezidenti Azad Əsgərov başda olmaqla, “Hadiyev Team” komandasının baş məşqçisi Fərid Hadıyevə, müəllimlərimə, dostlarıma, ailəmə və məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Azərbaycan bayrağını xarici yarışmalarda dalğalandırdığıma görə fəxr edirəm. Bundan sonra daha əzmlə çalışıb, birinciliyi qazanacaq, etimadları doğruldacağıma söz verirəm”, – deyən Anar Abbaslıya uğurlar arzulayırıq!

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!