TəqdimatƏn Son

Beynəlxalq Astronomiya İttifaqının 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək

2019-cu ildə Beynəlxalq Astronomiya İttifaqı (BAİ) özünün 100 illiyini və ötən yüzil ərzində elm, texnika və mədəniyyəti formalaşdıran astronomik kəşfləri bayram edir. İl ərzində keçirələcək bayram tədbirlərində əsas diqqət, astronomiyanın təhsildə, inkişafda və diplomatiyada mühüm vasitə olduğuna yönəldiləcəkdir.

Tədbirlər 10-13 yanvar 2019 cu ildə bütün dünyanın qatılacağı “100 saat Astronomiya” tədbiri ilə başlayacaqdır. 4 gün 3 gecə ərzində bu sahənin mütəxəssisləri, həvəskar astronomları və ictimaiəti öz astronomiya biliklərini və təcrübələrini hami ilə bölüşməyə dəvət edir. Atıq bu tədbirə 50 müxtəlif ölkədən 250 –dən artıq tədbir qeydiyyatdan keçmişdir.

Bu tədbir hamı üçün nəzərdə tutulmuş 2 teleskopdan birini udmaq şansıda yaradır beləki siz öz sosial şəbəkənizdə #100HoursOfAstronomy və#IAU100 açar sözlərini paylaşmaqla qalib ola bilərsizniz.

“100 saat Astronomiya” planetariumda da qeyd olunacaqdır beləki 4 gün ərzində məktəblər üçün açıq qapı saatları, 12 yanvarda məktəblilər arası “Kosmik Kostyum” müsabiqəsi və gecə müşahidələri nəzərdə tutulmuşdur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!