“Atəşgah” Sığorta Şirkəti əməkdaşları üçün ekotur təşkil edib

25 ildir Azərbaycanın sığorta sektorunda fasiləsiz fəaliyyət göstərən, yaratdığı faydalı sığorta məhsulları vasitəsilə əhalinin maliyyə müdafiəsi üçün geniş imkanlar təqdim edən “Atəşgah” Sığorta Şirkəti əməkdaşların iştirakı ilə ekotur çərçivəsində “teambuilding” tədbiri həyata keçirib.

Son dövrlər aktual mövzuya çevrilən ekoturizm – təbiətin hazırki vəziyyəti ilə birbaşa maraqlanmaq, onun problemlərini dərk etməyə çalışmaq üçün həyata keçirilən səyahətdir. “Atəşgah” Sığorta öz növbəsində şirkətin vizyonuna sadiq qalaraq, keçirdiyi korporativ tədbirlərdə ətraf mühitin mühafizəsi istiqamətinə hər zaman mühüm yer ayırır.

Şirkətin 25 illik yubileyi ərəfəsində korporativ ruhu yüksəltmək məqsədilə komandaquruculuğu üzrə keçirilən ekoturda hər bir əməkdaşın iştirakı üçün lazımi şərait yaradılmış və 2 gün ərzində Qaranohur gölünə turlar təşkil olunmuşdur.

Qaranohur turu əməkdaşların bir-birini daha yaxından tanımalarına, çətin anlarda bir-birlərinə dəstək olmalarına və onlarda yüksək iradə formalaşdırmağa xidmət etməklə yanaşı, həmçinin Şirkət əməkdaşları tərəfindən “Şahdağ” Milli Parkı ərazisində təmizlik işlərinin aparılması məqsədi daşımışdır.

Qaranohur gölü – Azərbaycanda bütün fəsillərdə öz gözəlliyi ilə seçilən təbiət incilərindən biridir. Bu göl dağların arasında, sıx meşələrin ortasında,“Şahdağ” Milli Parkının ərazisində yerləşir. Dəniz səviyyəsindən 1520 metr yüksəklikdə yerləşən gölə çatmaq üçün “atəşgahlılar” 8 km-ə yaxın sürüşkən qayalar, qeyri-sabit torpaq kimi fərqli maneələrlə dolu çətin yol qət ediblər.Burada əsas məqsəd təbiətimizlə daha yaxından tanış olmaq, əməkdaşların iş mühitindən uzaqlaşaraq asudə vaxtlarını səmərəli keçirmələri üçün şərait yaratmaq olmuşdur.

Şirkətdən alınan məlumata əsasən, əməkdaşlar üçün bu kimi tədbirlərin davamlı şəkildə həyata keçirilməsi planlaşdırılır.

Yüksək etibarlılıq imicinə  malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: