“Atəşgah” Sığorta Şirkətində “Açıq Qapı” günü keçirildi

“Atəşgah” Sığorta Şirkətində jurnalistlər üçün “Açıq Qapı” günü keçirilmişdir.

Tədbirdə bir sıra saytlarda, televiziya və radiolarda çalışan jurnalistlər iştirak etmişdirlər. Tədbir zamanı jurnalistlər Şirkətin Baş ofisində keçirilən ekskursiyaya qatılaraq, ön və arxa ofis əməkdaşları və eləcə də iş prosesi ilə daha yaxından tanış olmuşdurlar. Jurnalistlər bundan əlavə, Şirkətin yerləşdiyi binada yaradılmış, müasir tələblərə cavab verən və əməkdaşların asudə vaxtlarını keçirtdikləri idman zalı ilə kitabxanaya da baş çəkmişdirlər. Ekskursiyadan sonra tədbir iştirakçıları Şirkətin Rəhbər Heyətinin iştirakı ilə keçirilən mətbuat konfransına qatılaraq yaranan sualları və onları maraqlandıran bütün mövzuları müzakirə etmişdirlər.

Görüş zamanı şirkətin İdarə Heyətinin Sədr müavini Fuad İsmayılov, İdarə Heyətinin üzvü Tahir Kazımov, Mahmud Səfərov, “Həyat Sığortası” İdarəsinin rəisi Şəfəq Həsənova, “Biznesin inkişafı” İdarəsinin rəisi Cananə Ağayeva, jurnalistlərin “Atəşgah” Sığorta Şirkətinin məhsulları, gələcək planları və eləcə də sığorta bazarı ilə bağlı bütün suallarını ətraflı şəkildə Tədbirin sonunda isə jurnalistlər, bir neçə saatlıq da olsa özlərini Şirkətin əməkdaşları kimi hiss edərək, Baş ofisin 6-cı mərtəbəsində yerləşən yeməkxanada işçilərlə birlikdə nahar etmişdirlər. Yüksək etibarlılıq imicinə malik “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah” Həyat Sığorta Şirkəti isə 1998-ci ildən fəaliyyət göstərir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: