“Atəşgah” Sığorta “Sphera Healtcare AZ” şirkəti ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş aksiya elan edir

“Atəşgah” Sığorta 2019-cu ildə şirkət tərəfindən təsdiq edilmiş “Loyallıq Sistemi” çərçivəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə korporativ müştərilər üçün yeni aksiya elan edir.

“Sphera Healtcare AZ” şirkəti ilə birlikdə hazırlanan aksiya gərgin iş rejimində çalışan və öz körpələrini tez-tez həkim müayinəsindən keçirə bilməyən korporativ müştərilərin rahatlığını təmin etmək üçün nəzərdə tutulub. Aksiyaçərçivəsində 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günündə “Atəşgah” SŞ. korporativ müştəriləri 08:00-dan 18:00-dək peşəkar həkim-pediatrlardan telefon vasitəsilə ödənişsiz məsləhət ala bilərlər. Şirkətin korporativ müştəriləri aşağıdakı mövzular üzrə ödənişsiz konsultasiyadan yararlana bilərlər:

Yenidoğulmuş körpələrə düzgün qayğı yolları

Uşaq xəstəliklərinin profilaktik müalicəsi

Uşaqlara vaxtı-vaxtında peyvəndlərin edilməsi

Yolxucu xəstəliklərdən qorunma metodları

Ümumi müqavimətinin gücləndirilməsi üsulları

Patalogiyaların vaxtında aşkar olunması

Labarator və instrumental müayinələrin təhlili və ətraflı izahı

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: