Atəşgah Sığortadan yeni “Kasko-Toyota” layihəsi

Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Şirkəti yeni layihəsini təqdim edir.

Artıq “Toyota”markalı avtomobil sahibi olan vətəndaşlar “Atəşgah” Sığortadan kasko sığortasını xüsusi güzəştlə əldə edə biləcəklər. Nəqliyyat vasitəsinin buraxılış ili 2013-2019-cu illəri əhatə edən fiziki şəxslər bu lahiyədən yararlana bilər.

Qeyd edək ki, baş verə biləcək hər hansı hadisə zamanı nəqliyyat vasitəsi “Toyota Azərbaycan” ın rəsmi servis mərkəzində qiymətləndirilib təmir ediləcək.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: