“Atəşgah” SQ mütəxəssisləri Qırğızıstanda təşkil olunmuş təlimdə öz təcrübələrini bölüşüblər

2-3 Fevral tarixlərində “Atəşgah” və “Atəşgah Həyat” Sığorta Şirkətlərinin mütəxəssisləri Qırğızıstanın yerli və xarici sığorta şirkətləri arasında böyük potensiala malik olan “AYU Qarant” Sığorta Şirkətinin (SŞ) bütün heyəti üçün Bişkekdə iki günlük təlim keçirib.

Təlimdə şirkətin dörd əməkdaşı, Biznes analitika və proqnozlaşdırma şöbəsinin müdiri Elnar Sultanov, Biznesə dəstək şöbəsinin Baş mütəxəssisi Telman Hacıbutayev, Pərakəndə satış idarəsinin şöbə müdiri Afat Hüseynov və Rekrutinq və təlim şöbəsinin müdiri Babək Məmmədov spiker qismində iştirak ediblər.

Təlimin əsas mövzuları “İT sahəsində təhlükəsizlik”, “Sığorta hesablamaları və analitika”, “Sığorta agentlərinin yığılması, təlimi və idarəedilməsi” olub. Təlimdə eyni zamanda Qırğızıstan Respublikasında 2021-ci ildə qəbul olunması nəzərdə tutulmuş “Avtonəqliyyat vasitələri sahiblərinin Mülki Məsuliyyətinin İcbari sığortası” qanunu haqqında müzakirələr aparılıb. “Atəşgah” Sığorta Qrupunun (SQ) mütəxəssisləri Azərbaycan Respublikasında icbari avtomobil sığortasının tətbiqi, sığorta şirkətlərinin fəaliyyətində baş vermiş dəyişikliklər, gəlirlilik və zərərlik aspektləri, ümumi sığorta bazarına təsiri ilə bağlı öz təcrübələrini bölüşüblər.

Qeyd edək ki, bu təlim “Atəşgah” SQ və “AYU Qarant” SŞ-nin ilk əməkdaşlıq təcrübəsi deyil. Belə ki, 2015-ci ildə adıçəkilən sığorta şirkətinin rəhbərliyi üçün “Sığorta şirkətinin idarə edilməsi və maliyyə riskləri” mövzusunda təlim təşkil olunmaqla yanaşı, geniş təcrübə mübadiləsi də aparılmışdır. Əldə olunmuş razılığa görə, bu uğurlu əməkdaşlıq ənənəsi davam etdirilərək, Azərbaycanda mövcud olan sığorta fəaliyyətinin digər sahələrini də əhatə edəcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: