“Atəşgah” xidmət səviyyəsinə görə ön pillədədir

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (ASA) 2018-ci ilin dekabr ayı üzrə təqdim etdiyi nəticələrə əsasən “Atəşgah” Sığorta Şirkəti xidmət səviyyəsi və müştərilərə qarşı yanaşmasına görə reytinq cədvəlində ikinci pillədədir. Belə ki, “Atəşgah” SŞ 38 rəy əsasında 30 bal toplamışdır.

ASA tərəfindən sığorta şirkətlərinin xidmət,müştəri məmnuniyyəti səviyyəsi və sığortaçıların reytinq cədvəlinin müəyyən edilməsi üçün təşkil edilmiş sorğunun nəticəsi bir daha “Atəşgah” Sığorta Şirkətinin müştəri məmnuniyyətini əsas tutduğunu və onlara peşəkar komanda tərəfindənkeyfiyyətli xidmət göstərildiyini təsdiq edir.

Qeyd edək ki, “Atəşgah” SŞ 2018-ci ildəhəyata keçirdiyi sığorta ödənişlərinin ümumi həcmi 20 mln.AZN, şirkətin topladığı sığorta haqlarının ümumi həcmi isə 37 mln. AZN təşkil etmişdir.

Frame.az

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: