FestivallarTurizmTəqdimatƏn SonƏn Son

“Atəşgah məbədi” “Art festival”a hazırlaşır

Mayın 18-də “Atashgah Art Centre”nin təşkilatçılığı ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda “Art festival” keçiriləcək.

Dövlət Turizm Agentliyindən Frame.az-a bildirilib ki, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə keçirilən festivalda qədim xalq-sənət növləri – xalçaçılıq, dulusçuluq, armudu stəkanların üzərində milli ornamentlərin çəkilişi nümayiş olunacaq.

Həmçinin festivalın stendlərində gənc rəssamların yağlı boya ilə çəkilmiş rəsm əsərləri sərgilənəcək. Tədbirin məqsədi xalq sənətini turistlərə tanıtmaq və sənətkarlığın inkişafına dəstək göstərməkdir.

Festivalda yerli sənətkarların əl işlərindən ibarət xalq sənət yarmarkası da təşkil olunacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!