FinansIqtisadiyyatPR-TanıtımTəqdimat

“Atəşgah” Sığorta Qrupu 2019-cu ilin 9 ayı üzrə 57 mln. AZN sığorta haqqı toplayıb

Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Qrupu 2019-cu ilin yanvar-sentyabr ayları üzrə maliyyə hesabatını təqdim edib. Şirkətlərin bu ilin ilk doqquz ayı ərzində topladığı sığorta haqlarının ümumi həcmi 57 mln. AZN təşkil edib.

“Atəşgah” Sığorta Şirkətinin cari ilin yanvar-sentyabr ayları üzrə sığorta haqlarının həcmi 28mln. AZN, sığorta ödənişlərinin həcmi isə 15mln. AZN təşkil edib.

“Atəşgah” SŞ-in2019-cu ilin ilk doqquz ayı ərzindədaşınmaz əmlakın icbari sığortası növü üzrə topladığı sığorta haqlarının ümumi həcmi 125% artaraq 4,2 mln AZN təşkil etmişdir. Şirkət həmçinin avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO)növü üzrə 3,2 mln AZN sığorta haqqı toplamışdır ki, bu da  keçən ilin eyni dövrü ilə müqayisədə  44% artım deməkdir. Cari ildə şirkətin tibbi sığorta üzrə topladığı haqlarının həcmi isə 27% artaraq 5,3 mln. AZN təşkil etmişdir.

“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Sığorta Şirkətinin cari ilin 9 ayı ərzində topladığı sığorta haqları 29 mln. AZN, sığorta ödənişlərinin həcmi isə 9, 1 mln AZN təşkil edib.

Yüksək etibarlılıq imicinə  malik  “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah” Sığorta Şirkəti 1996-ci ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008 ci ildən fəaliyyət göstərirlər.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!