FinansFrame LifeIqtisadiyyatMobil dünyaTəqdimat

“Atəşgah Sığorta”və “AtaSığorta” şirkətləri arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan sığorta sektorunun aparıcı şirkətləri olan “AtaSığorta” ASC və “Atəşgah” Sığorta Şirkəti ASC əməkdaşlıq sazişi imzalamışdır. Sazişin məqsədi şirkətlər arasında sağlam rəqabət mühitinin formalaşdırılması, ödəniş qabiliyyətinin artırılması, sığorta hadisələrinin tənzimlənməsində birgə fəaliyyət və müştəri məmnuniyyətinin təmin olunmasından ibarətdir.

Sazişin imzalanma mərasimində çıxış edən “AtaSığorta” ASC İdarə Heyətinin sədri Müseyib Əliyev qeyd etmişdir: “Sığorta sektorunun qabaqcıl şirkətləri arasında əməkdaşlıq sazişinin bağlanması təqdirəlayiq haldır. Bu saziş şirkətlər arasında əməkdaşlığın güclənməsinə, həmçinin proseslərin sürətlənməsinə böyük fayda verəcəkdir. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycanda fəaliyyət göstərən digər sığorta şirkətləri də bu prosesə qoşulmaqla sığorta sektorunda şəffaf qarşılıqlı fəaliyyətə dəstək verəcəklər”.

“Atəşgah” Sığorta Şirkəti İdarə Heyətinin sədri Azər Əliyev bildirmişdir: “İmzaladığımız saziş şübhəsiz ki, bütövlükdə sığorta bazarına müsbət təsirini göstərəcək. Çünki bu, sığortaçılar arasında qarşılıqlı anlaşma, müştərilərə təqdim edilən xidmət keyfiyyətinin yüksəldilməsi, sığorta mədəniyyətinin təbliği, sığorta vasitəçilərinin motivasiya sisteminin təkmilləşdirilməsi, eləcə də əhali üçün sərfəli və baha olmayan yeni sığorta məhsullarının tətbiqinə imkan yaradacaq”.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır və , şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

Qeyd edək ki, şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!