EventsTəqdimat

“AtaBank” ASC qadınlar arasında breyn-rinq yarışı keçirdi-FOTO-lar

6 mart 2017-ci  il tarixində “Excelsior Hotel Baku”  otelində  “AtaBank” ASC-nin dəstəyi ilə  8 Mart Beynəlxalq qadınlar gününə həsr olunmuş qadınlar arasında  breyin-rinq  yarışı keçirildi. Breyn-rinq yarışı “Parlaq zəka” oyununun aparıcısı Aydın Piriyev tərəfindən keçirildi. Oyunda  iştirakçıların cavablandırdığı suallar  qadın dünyasına həsr olunmuşdu. Oyunun gedişində bayramın tarixi, dünya tarixində görkəmli qadınlar, qadınların cəmiyyətdə rolu və s. ilə əlaqədar maraqlı suallara cavablar səslənmişdir.

Tədbirdə “AtaBank” ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov iştirakçıları  8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışdır. Qalib komandaya təşkilatçılar tərəfindən xatirə hədiyyələri və sertifikatlar təqdim edilmişdir. Oyun musiqi nömrələri ilə müşayiət olunmuş, “Excelsior Otel Baku” otelinin HR-meneceri Kamran Rzayev rəngarəng Azərbaycan və xarici musiqili kompozisiyalar ifa etmişdir.

“AtaHolding” Şirkətlər Qrupunun Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova qeyd etmişdir ki, bu tədbirin keçirilməsində məqsəd qadınlar üçün bayram atmosferi təşkil etmək, onları sevindirmək və onların kollektivin ayrılmaz hissəsi olduğunu göstərməkdir.

Qeyd edək ki, “AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaBank” ASC ölkədə sosial, xeyriyyə, təhsil və idman layihələrinində fəal iştirak edir və bu layihələri dəstəkləyir.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!