IqtisadiyyatTəqdimat

“AtaSığorta” ASC qatarla sərnişin daşıma avtobusunun toqquşması hadisəsi üzrə iri sığorta ödənişləri həyata keçirib

2018-ci ilin oktyabr ayındaqatarla sərnişin daşıma avtobusunun toqquşması nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı “AtaSığorta”ASC tərəfindən sığortaödənişlərinin verilməsinə başlanılıb.

Sığorta hadisəsi 01 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadəküçəsində dəmir yolu keçidindəbaş vermişdir.Belə ki, yol nəqliyyat hadisəsi zamanı avtobus sürücüsü ilə birlikdə avtobusda cəmi 42 nəfər olmuş, onlardan 3-ü ölmüş, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.
Qəzada sağlamlığa dəymişxəsarətlər üzrə ödənilmiş və ödəniləcək sığorta ödənişlərinin cəmi məbləği 47 250 (qırx yeddi min iki yüz əlli) manat təşkil edir.

Üç əmlaka cəmi 42 962 manat, belə ki,kamaz markalı avtomobilə 3 485 manat, qatara 27 222 manat və dəmiryolu məntəqəsinə 12 255 (on iki min iki yüz əlli beş) manat zərər dəymişdir.

Qeyd olunanlara əsasən “İcbari Sığortalar haqqında” AR Qanununun 58.3-cü maddəsinə əsasən əmlaka dəyən zərərlə bağlısığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçiriləcəkdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!