“AtaSığorta” yeni nümayəndəlik və satış ofislərini istifadəyə verdi

“AtaSığorta” ASC yeni “Bərdə” Nümayəndəliyini, Qax və Beyləqan şəhərlərində isə satış ofislərini istifadəyə vermişdir. Regionlarda xidmət şəbəkəsinin genişlənməsi “AtaSığorta” ASC-nin əsas inkişaf prioritetlərindən biridir. Yeni açılmış nümayəndəliklər Bərdə, Qax və Beyləqan şəhərlərində və yaxınlıqda yerləşən yaşayış məntəqələrində yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə müştərilərə peşəkar və operativ xidmətin göstərilməsini təmin edəcəkdir.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir.  Şirkət 28 sığorta növü – 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 40-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: