EventsFinansTəqdimat

“AtaSığorta”ASC “İlin Sığorta Şirkəti” nominasiyası üzrə “Uğur 2017” Milli Mükafatına layiq görülüb

08 dekabr 2017-ci il tarixində Rixos Quba Otelində “Consulting and Business” jurnalı özünün ənənəvi “Uğur 2017” mükafatının təqdimetmə mərasimini keçirdi. “AtaSığorta” ASC “İlin Sığorta Şirkəti” nominasiyası üzrə “Uğur 2017” Milli Mükafatına layiq görüldü. Mükafat “AtaSığorta” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini Orxan Məmmədova təqdim olundu.
“Uğur 2017” Milli Mükafatı iqtisadiyyatın və biznesin müxtəlif sahələrinin inkişafında və güclənməsində fəal iştirak edən şirkətlərə, iş adamlarına, dövlət və ictimai xadimlərə təqdim olunur. Hər zaman müştəri məmnuniyyətinə xüsusi önəm verən “AtaSığorta” ASC bundan sonra da Azərbaycanda sığorta sahəsinin inkişafına daim yeni-yeni töhfələr verəcəkdir.
“AtaHolding” Sirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.

 Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!