PR-TanıtımTəqdimat

“AtaTravel” aksiya keçirir

21 avqust tarixindən etibarən  “AtaTravel”  MMC-dən  bilet və ya tur   alan müştərilərə  “Paris Gallery” mağazasından  hədiyyə kuponu  təqdim olunacaq.   “AtaTravel” MMC müştərilərə yay mövsümündə ölkə daxilində və xaricində maraqlı turlar  təklif  edir.

“AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev qeyd etdi ki, şirkət ənənəvi turlarla yanaşı yay məzuniyyətləri dövrünü nəzərə alaraq, Azərbaycanın regionları üzrə  gəzməli yerlərə  qısamüddətli turlar hazırlamışdır.  Yeni maraqlı marşrutlar işlənib hazırlanmış, tur iştirakçıları yüksək servis xidməti və rahat şəraitlə təmin olunurlar.

“AtaTravel” MMC Azərbaycanda daxili turizmin inkişafı üçün var qüvvəsini qoyaraq bütün imkanlardan istifadə edir. Daha geniş məlumat almaq üçün “AtaTravel” MMC-yə (994 12) 493-05-01 (daxili  104) nömrəli telefona  və  ya  (050) 245 05 09 mobil telefonuna  zəng vurun.

“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda  “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku”  oteli fəaliyyət göstərir.  2011-ci ildə təsis edilmiş  “AtaTravel” MMC  turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət  öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlər göstərir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!