“AtaTravel” və “Edem Resort”un yeni il qabağı aksiyası start götürüb

Yeni il bayramları və qeyri-iş günləri ərəfəsində Azərbaycanın qabaqcıl tur operatorlarından biri olan “AtaTravel” və “Edem Resort Medical & SPA” məşhur Ukrayna Bərpa Mərkəzinin birgə xüsusi aksiyası start götürüb.

Müalicəni rahat istirahət ilə birləşdirmək istəyənlər üçün əlverişli təkliflər zərfi hazırlanıb. Edem Resort Bərpa mərkəzi Qərbi Ukraynanın həqiqətən cənnət guşəsində yerləşir. Karpat dağlarının təmiz havası, gözyaşı kimi şəffaf suyu ilə seçilən mənzərəli göl, meşə və mülayim iqlim – təbiətin özü insanı dincəlməyə, təkliyə və harmoniyaya çağırır. Edem Resort Medical & SPA-nın ərazisində Morşin, Sxodnitsk, Mirqorod mineral suları, bioneft və özünün bulağı daxil olmaqla, qonaqlara müalicəvi mineral suların doqquz əsas tipini təklif edən unikal su qurğusu (büvet) işləyir. Su qonağın elektron kartı ilə bu qurğudan verilir və onun həkimi tərəfindən təyin edilmiş  temperaturla tənzimlənir.

Edem Resort Medical & SPA-nın nümayəndəsi Iqor Stanqertin sözlərinə görə, hazırda “Sidikqovucu sistemin və böyrəklərin bərpası” və “Mədə-bağırsaq traktının və qara ciyərin bərpası” ilə bağlı yeni proqramlar işlənib hazırlanmışdır. Proqramlar klassik tibbin bərpanın kurortoloji metodları ilə əlaqələndirilməsinə əsaslanır. Həkim məsləhəti və müşahidəsi, ultrasəs diaqnostikası, laborator tədqiqatlar profilaktik müalicənin müasir metodları ilə birlikdə gözəl nəticə verir. Edem Resortun zərif otaqlarında dəbdəbəliklə rahatlıq, zərif rənglər və eksklüziv mebel vəhdət təşkil edir. Gölə açılan mənzərə ilə səhər qəhvəsi, günorta saatlarında spa prosedurları fasilələrində istirahət və ya axşamlar xoş ünsiyyət özünüzü rahat və dincəlmiş hiss etməyə imkan yaradacaq.

Bundan başqa bura gələnlər Edem Resortda aşağıdakı əsas proqramları seçə bilər:

Anti-stress – istirahət, əzələlərin boşalması və harmoniyanın bərpası,

Detox – toksinlərlə mübarizə, orqanizmin təmizlənməsi və bədənin gücünün bərpası,

Fithealth – sürətlə cavanlaşma, tonusun qaldırılması və orqanizmin möhkəmlənməsi üçün prosedurlar kompleksi. Həmçinin, proqarmı qabaqcadan seçmək və sifariş vermək olar.

Edem Resortda unikal proqramların ayrılmaz hissəsi aşağıdakı su prosedurlarıdır: hidroterapiya, energetik hidromassaj, hovuz, cakuzi, “təəssüratlar duşu” və Kneyp cığırı. Burada massajın müxtəlif növləri, unikal spa-prosedurlar, fərdi qaydada işlənib hazırlanmış qidalanma proqramları və ən yaxşı mütəxəssislərin məsləhətləri təklif olunur.

Daha ətraflı məlumat almaq istəyənlər 050 598 99 00 daxili 120 və ya  050 245 05 09   nömrəli telefonlara zəng vura bilərlər.

“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda  “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku”  oteli fəaliyyət göstərir.  2011-ci ildə təsis edilmiş  “AtaTravel”  turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət  öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta və viza ilə əlaqədar xidmətlərlər göstərir.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: