EventsTəqdimat

ATV-də yeni nəfəs-“Dəcəl balam” uşaq proqramı

6 ildir ki, uşaqların təlim-tərbiyəsini qarşısına mühüm bir məqsəd kimi qoyan və bu məqsədin ardınca gedərək valideynlərin və uşaqların sevgisini qazanan Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi artıq daha bir uğura imza ataraq öz dəcəllərini ekranlardan – Atv telekanalında yayımlanan “Dəcəl balam” uşaq proqramı ilə salamladı.

Həmişəki kimi öz missiyasına sadiq qalan Mərkəz artıq proqram vasitəsilə daha geniş auditoriyaya sahiblənərək valideyn-uşaq münasibətlərinin ən xırda detallarını bu proqramda göz önünə çəkməyə başladı. “Dəcəl balam” verilişi Mütəxəssis məsləhəti, valideyn-uşaq münasibətlərində düzgün və yanlış davranışları özündə əks etdirən qısa videoroliklər, İngilis dili dərsi, Master class, Uğura gedən yol və digər maraqlı rubrikaları ilə elə ilk efirindən izləyicilərin marağına səbəb oldu.

“Dəcəl balam”ın uğurlu tərəflərindən biri də proqramda həm uşaqlar, həm də valideynlərlə bağlı sujet və materialların yer almasıdır. Bəhs edilən videoroliklər uşaqları valideynləri ilə daha da yaxınlaşdıracaq, “Mütəxəssis məsləhəti”ndə dəyərli psixoloq, pediatr, hüquqşünas, dietoloq və digər peşə sahiblərinin məsləhətləri yer alacaq. “Master class” da dəcəl balalar peşəkarlarla maraqlı əl işləri hazırlayacaqdır.

Eyni zamanda “Uğura gedən yol” rubrikasında öz savadları və bacarıqları ilə Azərbaycana uğur və nailliyyət qazandıran gənclər qonaq olacaqdır ki, bu da uşaqlara nümumə olaraq, gələcəklərini qurmaqda onlarda motivasiya rolunu oynayacaq. “İngilis dili dərsi”ndə istedadlı dəcəllər ingilis dilini öyrənməkdə balaca dostlarına yardımçı olacaqlar. Bütün bunlar isə gələcəkdə ailədə övladla ana, övladla ata arasında yaranmış bir çox problemlərin həllinə kömək edəcək, valideynlərin övladları ilə birgə vaxt keçirməsinə şərait yaradacaq və ailənin təməlini təşkil edən valideyn-övlad münasibətlərinin düzgün inkişafına təkan verəcəkdir.

Qeyd edək ki, ” Dəcəl balam” verilişi hər həftənin şənbə günü saat 11: 45 -də ATV telekanalında izləyicilərinin görüşünə gələcəkdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!