FutbolIdmanƏyləncə

“Audi Cup” turnirinə start veriləcək

İyulun 30-da Almaniyada futbol üzrə “Audi Cup” turnirinə start veriləcək.

Frame.az xəbər verir ki, 2009-cu ildən keçirilən turnirin bu ilki iştirakçıları Türkiyənin “Fənərbağça”, İspaniyanın “Real Madrid”, Almaniyanın “Bayer Münxen” və İngiltərənin “Tottenham” klublarıdır.

“Audi Cup”ın bütün qarşılaşmaları Almaniyanın Münxen şəhərindəki “Allianz Arena”da oynanılacaq.

Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq ilk matçda “Real Madrid” və “Tottenhem” komandaları üz-üzə gələcəklər. Ölkəmizdə də yetərincə azarkeşi olan “Fənərbağça” isə Bakı vaxtı ilə saat 22:30-da meydan sahibi “Bayer Münxen”lə qarşılaşacaq.

Turnirin final və 3-cü yer uğurunda oyunları isə iyulun 31-də keçiriləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!