Audi Lamborginini geridə qoyacaq

Alman avto istehsalçısı rəsmi olaraq yeni, “enerjili”  R8 V10 Spyder modelini təqdim etdi.

Xatırladaq ki, Audi R8 V10 Spyder ikinci nəsil modeli ilk debütünü 2016-ci ildə Nyu York avtosərgisində təqdim etmişdi. Indi isə isminə “Plus” frazasını əlavə edib, mühərriki 540 at gücündən 610 at gücünə çatdıraraq “enerjili” R8 modelini Lamborghiniyə meydan oxutdu. Beləliklə Audi R8 V10 Spyder Plus modeli alman rodster xəttində ən sürətlisi oldu.

Audi R8 Spyder Plus modeli, 5200 k/sm, V10 610 at gücü, 7 pilləli avtomatik “robot”  sürət qutusu ilə təchiz olunub. Maksimal sürət 328 km, 0-100 sürət üçün isə 3,3 saniyə tələb olunur.

Burda Lamborgini ilə müqayisə yalnız mühərrik ilə ola bilər. Çünki dizayn olaraq hər birinin özünə məxsus əsrarəngiz dizaynı vardır. Lamborghini Huracan Spyderin yalnız güc vahidi ilə müqayisə etsək,  Huracan modelində maksimal sürət 324 km, 0-100 km isə 3,4 saniyə tələb olunur. Belə ki, bu zamana qədər Italyan mühəndislərinin məhsulu daha sürətli idi. Qeyd edək ki, R8 Spyder Plus modelində alman mühəndislər  çəkini standard modeldən 25 kq daha azaldaraq (1587 kq) transmissiya və performansı daha da yüksəltməyə şərait yaratdılar.

Həmçinin Audi yeni parlaq yaşıl rəng təqdim edərək bu rəngi ancaq bu modeldə istifadə etmək qərarına gəldi. Bu halda avtomobilin gələcək sahibləri modelin xarici görünüşünü və daxili interyerini müxtəlif arzu etdikləri rəng birləşmələrilə sifariş edə biləcəklər.  Bu arada 50 km sürətdə tavanın açılıb-bağlanması üçün cəmi 20 saniyə ərzində olacaqdır. Rodsterin istehsalı avropa üçün bu yay fəslinin sonuna nəzərdə tutulub. Audi R8 V10 Spyder Plus modelinin qiyməti 200 000 avrodan başlayacaqdır.

Frame.az Autorisk Azerbaijan Orkhan Alifsoy

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: