AUKAA-dan xoş təşəbbüs

AUKAA – The Azerbaijan-UK Alumni Association Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dəstəyi ilə “Xeyriyyə/Charity” tədbiri həyata keçirməyi planlaşdırır.

AUKAA olaraq 21 yanvar 2018-ci il tarixində saat 11:00-da Azərbaycan Uşaqlar Birliyi,uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində olan uşaqları (siyahı və yaşları aşağıda göstərilmişdir) sevindirmək və onlarla maraqlı vaxt keçirmək üçün sığınacaq ziyarət olunacaq.

Ziyarət zamanı onlara isti geyim, oyuncaqlar hədiyyə ediləcək və qış fəsli ilə əlaqadər olaraq xəstələnən uşaqlara lazım olan dərmanların alınmasına köməklik göstəriləcək. Dərmanların alınması üçün hər kəs istədiyi qədər#ianə bağışlaya bilər.
İlkin müşahidəyə əsasən yerdə oynayarkən uşaqlara soyuq olmaması üçün sığınacaqda #xalçaya (təxminən 20-25m2) ehtiyac var. İstifadə etmədiyiniz, lakin yaxşı vəziyyətdə olan #xalçanız varsa onu hədiyyə edə bilərsiniz.

Aşağıda göstərilən yaşlara uyğun geyimlər, oyuncaqlar hədiyyə etmək və ianə bağışlamaq istəyənlər 14 yanvar saat 12:00-dan 14:00-a qədər, 20 yanvar isə saat 17:00-dan 19:00-a qədər yardımlarını Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda yerləşən AUKAA-nın ofisinə təhvil verə bilərlər.

Gəlin ziyarət edərək onların üzlərini birlikdə güldürək!

Aşağıda sığınacaqda olan uşaqların sayı və yaşları göstərilmişdir:
1. Qız-2 yaş
2.Oğlan-2 yaş
3. Qız-3 yaş
4. Qız- 3 yaş
5. Oğlan -4 yaş
6. Qız-4 yaş
7. Qız-4 yaş
8. Qız-5 yaş
9. Qız-6 yaş
10. Qız-6 yaş
11. Qız-8 yaş
12. Qız-8 yaş
13. Qız-8 yaş
14. Qız -9 yaş
15. Qız- 9 yaş
16. Oğlan -9 yaş
17. Oğlan -10 yaş
18. Qız-11 yaş
19. Qız-12 yaş
20. Qız-13 yaş
21. Qız-14 yaş
22. Qız-14 yaş
23. Oğlan -15 yaş
24. Qız-16 yaş
25. Qız-16 yaş
26. Qız-17 yaş
27.Qız-18 yaş
28. Qız-19 yaş
29. Qız-20 yaş

Hər hansısa sual və ya təklifləriniz olarsa aşağıda göstərilən nömrə ilə əlaqə saxlıya bilərsiniz..
Əlaqə nömrəsi: +994 55 733 55 47- Tural S. Maharramov

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: