“Aura” Sağlamlıq Mərkəzi hansı xüsusiyyətləri ilə fərqlənir?

Müsahibimiz  “Excelsior Hotel & Spa Baku” otelinin “Aura” Sağlamlıq Mərkəzinin meneceri Səbinə Yusifovadır.

15301109_1193402294109060_148756847_n–       Səbinə xanım, hazırda Azərbaycanda otelçiliyin, o cümlədən SPA mərkəzlərinin inkişaf etdiyi, bu sahədə rəqabətin gücləndiyi bir şəraitdə, “Aura” Sağlamlıq Mərkəzi hansı xüsusiyyətləri  ilə fərqlənir?

– Öncə qeyd edim ki, ümumi sahəsi 3500 m2-dən  çox sahəyə malik olan “Aura” Sağlamlıq Mərkəzində bütün qrup əzələləri möhkəmləndirmək üçün 50-dən artıq müasir trenajor, ürək əzələlərini möhkəmləndirmək və artıq çəkidən azad olmaq üçün kardiotrenajorlar, böyüklər və uşaqlar üçün açıq və qapalı hovuzlar, açıq tennis kortu,  skvoş kortu, tennis kortu,  günəş terrası və yay bağı yerləşir. Qapalı hovuzun uzunluğu  25 metr, dərinliyi isə 1.70 metrdir. “Aura” Sağlamlıq Mərkəzi  səhər saat 6-dan axşam saat 22.00-a qədər fəaliyyət göstərir.

İkinci mərtəbədə yerləşən fitness zalının  pəncərələri hovuza baxır. Bu isə müştərilərə intensiv və effektli məşq etmək üçün daha çox enerji verir. Mərkəzə gələnlərə dəsmallar, nəleyinlər, xələtlər, həmçinin kosmetik vasitələr verilir. Hər istirahət otağında bütün özünəqulluq vasitələri var. Bunlardan hər bir müştərimiz sərbəst bir şəkildə yararlana bilər. Spa-otaqlarda massajın müxtəlif növləri təklif edilir. Qeyd edilənlərdən əlavə, bizdə maşın üçün parkinq də çox əlverişli və rahatdır.

– “Aura” Sağlamlıq mərkəzində hansı idman dərsləri keçilir?

– “Aura” Sağlamlıq mərkəzində peşəkar məşqçilər  tərəfindən yoqa,  pilates,  aerobika,  boks,  tennis, skvoş və  üzgüçülük  dərsləri keçirilir.   İdman dərslərində iştirak etməklə   idman növlərinə  yüksək səviyyəli hazırlıq və inkişaf əldə etmək mümkündür.
Son zamanlar geniş populyarlıq qazanmaqda olan pilates  bədənin əzələlərini möhkəmləndirir, çevikliyi artırır və orqanizmin ümumi fiziki durumunu yaxşılaşdırır.  Ümumiyyətlə, biz müştərilərimizin  xoş və sağlam istirahət etməklərinin qayğısına qalırıq və bunun öhdəsindən çox uğurla gəlirik.

 “Aura”  Sağlamlıq mərkəzində müştərilər üçün hansı güzəştlər tətbiq edilir?

– Hər ay mərkəzdə müxtəlif endirim aksiyaları keçirilir. Qadınlar və uşaqlar üçün xüsusi güzəşt aksiyaları var ki, bu da qiymət baxımından çox sərfəlidir.“Aura”  Sağlamlıq mərkəzində qonaqlara onların  arzuladıqları şəraiti yaradırıq və onların fərdi və ailəvi istirahətlərini təmin edirik. Qadınlar üçün  həftənin 5 günü  səhər saat 10:00-dan axşam saat 17:00-ə qədər vaxtı əhatə edən müddətdə “Aura” Sağlamlıq mərkəzindən istifadə etməsinin bir aylıq abunə qiyməti 175 AZN, 3 aylıq abunə qiyməti 500 AZN, 6 aylıq abunə qiyməti 750 AZN və 1 illik abunə qiyməti 1175 AZN təşkil edir.
Hazırda müştərilərimizin 60 faizini kişilər və 40 faizini isə  qadınlar təşkil edir.  İstəyirik ki, bu göstəricilər müvafiq olaraq 5050 olsun. Mərkəzdə  qadınlar üçün illik üzvlük haqqı kişiliər üçün olan üzvlük haqqından xeyli  fərqlənir. “Aura” Sağlamlıq mərkəzinin üzvləri 5 yaşına qədər uşağı özləri ilə gətirə bilərlər.

Müştərilər həmişə dəyişikliyə meyilli olur. Onlar  üçün daha hansı cəlbedici aksiyalar keçirirsiniz?

– Dekabrın 1-dən yeni aksiyaya başlamışıq. Müştəri 3 aylıq üzvlük əldə edərsə, ona bir ay pulsuz  əlavə olunur. Yəni belə bir halda, müştəri 3 aylıq üzvlük haqqı ödəməklə 4 aylıq üzvlüyə nail olur. 6 aylıq üzvlük haqqı alan əlavə olaraq 2 ay pulsuz qazanmış olur. Bir illik üzvlük alan isə əlavə 3 aylıq üzvlük qazanmış olur.

Yaxın zamanda mərkəzimizdə peşəkarlardan ibarət bir personala malik gözəllik salonu açmağı planlaşdırırıq. Həmçinin, şənbə və bazar günləri də daxil olmaqla qonaqların “Aura”  Sağlamlıq mərkəzinə rahat gəlib-getməsi üçün 17 nəfərlik “Mercedes” sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər qonaqların xidmətindədir.
“Excelsior Hotel Baku” otelinin qarşısından qonaqları “Park Bulvar”a və ilk turu səhər 09.00-dan başlayaraq hər saatda “Park Bulvar”ın qarşısından “Excelsior Hotel Baku” otelinə aparır.
Xidmət ödənişsizdir, otelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub. 14908331_719207941569664_8997413598852229607_n

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: