Faydamız OlsunTəqdimat

“Aura” Sağlamlıq mərkəzi bir günlük aksiya keçirəcək

“Excelsior Hotel & Spa Baku”  otelinin   “Aura”  Sağlamlıq mərkəzi 8  Mart  Beynəlxalq qadınlar gününə  həsr edilmiş bir günlük  aksiya keçirəcək.  8 Mart tarixində  “Aura”  Sağlamlıq Mərkəzində qadınlar üçün bir illik  üzvlük 1350 AZN təşkil edəcək.  Mərkəzin həyata keçirdiyi endirim və güzəşt aksiyalarında daha çox xanımlara yer ayrılması da diqqət çəkir. 5 yaşadək uşaqlara isə giriş ödənişsizdir.   Heydər Əliyev prospekti 2 ünvanında fəaliyyət göstərən 5 ulduzlu “Excelsior Hotel Baku”nun turizm sektorunun inkişafında özünəməxsus yeri var.

“Shuttle” xidməti göstərən “Mercedes” sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər “Aura”ya gələn qonaqların xidmətindədir. Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08.30-dan başlayaraq hər saatın yarısında “Excelsior Hotel  & Spa Baku” otelinin qarşısından qonaqları “Park Bulvar”a və ilk turu səhər 09.00-dan başlamaqla hər saatda “Park Bulvar”ın qarşısından “Excelsior Hotel & Spa Baku” otelinə aparır. Xidmət ödənişsizdir, otelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub. Mərkəz səhər saat 06.00-dan axşam saat 22.00-22.30-a qədər fəaliyyət göstərir. Bu müddət ərzində müştərilər istədikləri kimi istirahət edə və idmanla məşğul ola bilərlər. Mərkəzə gələnlərə dəsmallar, xalat, nəleyin və kosmetik vasitələr verilir. Mərkəzdə tam təmizlik, səliqə, komfort hakimdir. Mehriban, qayğıkeş xidməti personal isə işinin öhdəsindən peşəkarca gəlir.

Mərkəz 3 mərtəbədən ibarətdir. Birinci mərtəbədə istirahət otaqları yerləşir. Bu mərtəbədə qadın və kişilər üçün ayrı-ayrılıqda sauna, türk hamamı, duş kabinələri, bağlı yerdə olimpiya standartlarına uyğun üzmə hovuzu və  mərkəzin həyətində açıq yay hovuzu fəaliyyət göstərir. İçəridəki hovuzun uzunluğu 25 metr, dərinliyi 1 metr 70 santimetrdir.

İkinci mərtəbədə yerləşən geniş fitness zalının pəncərələri hovuza baxır. Bu isə müştərilərə intensiv və effektli məşq etmək üçün daha çox enerji verir. Yüksək texnologiya ilə təchiz edilmiş fitness zalında bütün qrup əzələləri möhkəmləndirmək üçün çoxlu sayda müasir trenajorlar quraşdırılıb. Trenajorlar o qədər çox və zal o qədər geniş və rahatdır ki, burada idmanla məşğul olmaq üçün hər hansı növbə gözləməyə ehtiyac yoxdur. Hər bir üzv və ya qonaq vaxt itirmədən istədiyi trenajordan rahatca yararlana bilir. Bu baxımdan “Aura”nın fitness zalı idmanla məşğul olmaq və sağlamlığı gücləndirmək üçün ideal məkandır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!