Faydamız OlsunTəqdimat

“Aura” Sağlamlıq mərkəzi yeni aksiyaya start verib

“Aura” Sağlamlıq mərkəzi idman sevərlərlər üçün yeni aksiyaya start verib. 16 noyabr tarixindən 31 dekabr 2017-ci il tarixinə qədər sağlamlıq mərkəzindən üzvlük abunə, günlük giriş və digər xidmətlər aldıqda, ikinci eyni xidməti 50% endirimlə əldə etmək olar. Daha geniş məlumat almaq üçün (994 12) 496-80-00 nömrəli telefonuna zəng vurun.
“Aura” Sağlamlıq Mərkəzində bütün qrup əzələləri möhkəmləndirmək üçün 50-dən artıq müasir trenajor, ürək əzələlərini möhkəmləndirmək və artıq çəkidən azad olmaq üçün kardiotrenajorlar, böyüklər və uşaqlar üçün açıq və qapalı hovuzlar, açıq tennis kortu, skvoş kortu, tennis kortu, günəş terrası və yay bağı yerləşir. Qapalı hovuzun uzunluğu 25 metr , dərinliyi isə 1.70 metrdir.
İkinci mərtəbədə yerləşən fitness zalının pəncərələri hovuza baxır. Bu isə müştərilərə intensiv və effektli məşq etmək üçün daha çox enerji verir. Mərkəzə gələnlərə dəsmallar, nəleyinlər, xələtlər, həmçinin kosmetik vasitələr verilir. Spa-otaqlarda massajın müxtəlif növləri təklif edilir.
“Aura” Sağlamlıq mərkəzində peşəkar məşqçilər tərəfindən yoqa, pilates, aerobika, boks, tennis, skvoş və üzgüçülük dərsləri keçirilir. Fitnes boksu son dövrlərdə olduqca böyük populyarlıq qazanıb. Sağlam və güclü olmaq istəyənlər üçün fitnes boksu olduqca əlverişli idman növüdür. Bu idman növü ümumilkdə bədənin gücünü və sürətini artırır, aerobik hərəkətliliyi də ehtiva etməklə, artıq kalorinin yandırılmasını təmin edir və güclü əzələ sistemi yaradır.
“Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!