“Avro 2020”: Azərbaycan-Xorvatiya – 1:1

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində “Bakcell Arena”da keçirilən Azərbaycan-Xorvatiya oyununda hesab bərabərləşib.

Frame.az xəbər verir ki, matçın 72-ci dəqiqəsində millimizin üzvü Təmkin Xəlilzadə baxımlı qola imza ataraq hesaba tarazlıq gətirib -1:1.

Matçın 11-ci dəqiqəsində yığmamızın qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini Luka Modriç dəqiq yerinə yetirib.

Bu komandalar arasında Xorvatiyada baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Dörd turdan sonra E qrupunda Macarıstan və Xorvatiya millilərinin 9 xalı var. Hər birinin 6 xalı olan Uels və Slovakiya yığmaları üçüncü və dördüncü yerlərdə qərarlaşıblar. Aktivində xal olmayan Azərbaycan isə beşinci pillədədir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: