“Avro-2020”nin səkkizdəbir final mərhələsinin bütün iştirakçıları müəyyənləşib

İyunun 23-də F qrupundakı Portuqaliya – Fransa və Macarıstan – Almaniya oyunundan sonra “Avro-2020“nin səkkizdəbir final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Səkkizdəbir final mərhələsinin iyunun 26-da saat 20:00-da başlayacaq birinci oyununda Uels və Danimarka milliləri qarşılaşacaqlar. Həmin gün saat 23:00-da İtaliya və Avstriya yığmaları üz-üzə gələcəklər.

İyunun 27-də Niderland -Çexiya (20:00), Belçika – Portuqaliya (23:00), iyunun 28-də Xorvatiya – İspaniya (20:00), Fransa – İsveçrə (23:00), iyunun 29-da isə İngiltərə – Almaniya (20:00) və İsveç – Ukrayna (23:00) komandalarının oyunu ilə səkkizdəbir final mərhələsinə yekun vurulacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: