FutbolIdman

Avroliqada 1/8 final mərhələsinin cavab görüşlərinə yekun vurulub

Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin bütün cavab görüşlərinə yekun vurulub.

“Report”un məlumatına görə, növbəti mərhələyə son iki vəsiqənin sahibi əlavə vaxtda müəyyənləşib. İlk görüşdə İspaniyada “Slaviya” ilə 2:2 hesablı heç-heçə etmiş “Sevilya” eyni nəticəni Çexiyadakı görüşün əsas vaxtında da göstərib. Uzatma dəqiqələrində isə “Slaviya” 2:1 hesabı ilə qalib gəlib. Meydan sahibləri qələbə topunu 119-cu dəqiqədə İbrahim-Benjamin Traore vurub. Beləliklə, Avropa Liqasının 5 qat qalibi “Sevilya” mübarizəni 1/8 finalda dayandırmalı olub. “Slaviya” isə gecənin sensasiyasını gerçəkləşdirib.

“Benfika” Xorvatiyanın paytaxtı Zaqrebdə 0:1 hesabı ilə uduzduğu “Dinamo”nu Portuqaliyada əsas vaxtda 1 qolla məğlub edib. Əlavə vaxtda isə Lissabon komandası daha 2 qol vuraraq, adını növbəti mərhələyə yazdırıb.

Daha bir gözlənilməz nəticə İtaliyada “İnter”lə Almaniya “Ayntraxt”ı arasındakı cavab görüşündə baş verib. Qonaqlar oyunun əvvəllərində qol vuraraq, qələbəyə nail olublar. İlk görüş qolsuz yekunlaşdığı üçün 1/4 finala “Ayntraxt” yüksəlib.

“Arsenal” Fransada 1:3 hesabı ilə uduzduğu “Renn”i İngiltərədə 3:0 hesabı ilə darmadağın edərək, mərhələ adlayıb. “Vilyarreal” isə Rusiyada 3:1 hesabı ilə yendiyi Rusiya “Zenit”inə İspaniyada da qalib gəlib – 2:1.

Beləliklə, 1/4 finala bu komandalar yüksəliblər: “Ayntraxt” (Almaniya), “Arsenal” (İngiltərə), “Valensiya” (İspaniya), “Benfika” (Portuqaliya), “Çelsi” (İngiltərə), “Vilyarreal” (İspaniya), “Napoli” (İtaliya), “Slaviya” (Çexiya).

Qeyd edək ki, püşkatma mərasimi bu gün keçiriləcək.

Avropa Liqası

1/8 final, cavab oyunları

14 mart

21:55. “Dinamo” (Kiyev, Ukrayna) – “Çelsi” (İngiltərə) – 0:5

Qollar: Olivye Jiru, 5; 33; 59. Markos Alonso, 45+1. Kallum Hadson-Odoi, 78

İlk oyun – 0:3

21:55. “Zalsburq” (Avstriya) – “Napoli” (İtaliya) – 3:1

Qollar: Munas Dabbur, 25; Fredrik Qulbrandsen, 65. Kristof Leytgeb, 90+2 – Arkadiuş Milik, 14

İlk oyun – 0:3

21:55. “Krasnodar” (Rusiya) – “Valensiya” (İspaniya) – 1:1

Qollar: Məhəmməd-Şəpi Süleymanov, 85 – Qonsalo Quedeş, 90+3

İlk oyun – 1:2

24:00. “İnter” (İtaliya) – “Ayntraxt” (Frankfurt, Almaniya) – 0:1

Qol: Luka Yoviç, 6

İlk oyun – 0:0

24:00. “Benfika” (Portuqaliya) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 3:0 (ƏLAVƏ VAXT – 2:0)

Qol: Jonas, 71; Fransisko Ferreyra, 94; Alexandro Qrimaldo, 105

İlk oyun – 0:1

24:00. “Slaviya” (Praqa, Çexiya) – “Sevilya” (İspaniya) – 4:3 (ƏLAVƏ VAXT – 2:1)

Qollar: Mişel Nqayyo-Nqacui, 15; Tomaş Suçek, 47 (pen.); Mik van Buren, 102; İbrahim-Benjamin Traore, 119 – Vissam Ben Yedder, 44 (pen.); Munir əl-Həddadi, 54; Franko Vaskes, 98

İlk oyun – 2:2

24:00. “Arsenal” (İngiltərə) – “Renn” (Fransa) – 3:0

Qollar: Pyer-Emerik Obameyanq, 5; 72; Enzli Meytlend-Naylz, 15

İlk oyun – 1:3

24:00. “Vilyarreal” (İspaniya) – “Zenit (Rusiya) – 2:1

Qollar: Jerar Moreno, 29. Karlos Bakka, 47 – Branislav İvanoviç, 90+1

İlk oyun – 3:1

Frame.az

Ülviyyə

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!