FutbolIdman

Avropa çempionatlarında nələr baş verir?

Almaniya Çempionatı 19-cu tur:

Turun açılış matçında “Herta” və “Borussia Dortmund” komandaları qarşılaşıb. 65893 tamaşaçının izlədiyi görüşdə hesab 46-cı dəqiqədə açılııb. Lazaro’dan dəqiq ötürmə alan Zelke meydan sahiblərini hesabda önə keçirib 1:0. hesabda geri düşən “Borussia Dortmund” 71-ci dəqiqədə Kaqava’nın vurduğu qolla tarazlığı bərpa edib. Matçın qalan dəqiqələrində qapılara başqa qol vurulmayıb 1:1. Son illərin dəyişilməz çempionu “Bavariya” evində qəbul etdiyi “Verder” komandasını 4:2 hesabı ilə məğlub edib. Ötən tur evində Bavariya’ya uduzan “Bayer” bu turda Hoffenhaym’ı səfərdə 4:1 hesabı ilə məğlub edib. Frayburq – Leipziq görüşündə “Frayburq “qələbə qazanıb 2:1. Herta – Borussia Dortmund 1:1 Borussia Münhenqladbax – Auqsburq 2:0 Frayburq – Leipziq 2:1 Hoffenhaym – Bayer 1:4 Şalke – Hannover 1:1 Mayntz – Ştutqart 3:2 Hamburq – Köln 0:2 Volfsburq – Ayntraxt 1:3 Bavariya – Verder 4:2

İngiltərə Çempionatı 24-cü tur:

Turun açılış matçında “Brayton” komandası evində Çelsi’ni qəbul edib. Hazard’ın dubl etdiyi görüşdə qonaqların 4:0 hesablı qələbəsi qeydə alınıb. Joze Maurinyo’nun çalışdırdığı “Mançester Yunayted” komandası çətinliklə də olsa Martial’ın vurduğu yeganə qol sayəsində Barnli’ni məğlub edib. Ötən tur çempionatda ilk məğlubiyyətini alan “Mançester Siti” evində Nyukasl’ı 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. “Liverpul” gözlənilmədən səfərdə Suonsi’yə 1:0 hesabı ilə yenilib. Sautgempton – Tottenhem görüşündə qalib müəyyən olunmayıb 1:1. Brayton – Çelsi 0:4 Mançester Siti – Nyukasl 3:1 Barnli – Mançester Yunayted 0:1 Sautgempton – Tottenhem 1:1 Vest Hem – Bornmut 1:1 Everton – Vest Bromviç 1:1 Arsenal – Kristal Pelas 4:1 Lester – Uatford 2:0 Stok Siti – Haddersfild 2:0 Suonsi – Liverpul 1:0

İtaliya Çempionatı 21-ci tur:

İtaliya A Seriyasında 21-ci tuun oyunları keçirilib. Çempionatın lideri “Napoli” Berqamo səfərinə yollanmışdı. İlk hissəsi qolsuz başa çatan oyunun ikinci hissəsində bir qol vurulub. Mertens 65-ci dəqiqədə vurduğu qolla qonaqlara minimal hesablı qələbə gətirib. Napoli’ni qarabara təqib edən son “Yuventus” öz meydanında “Cenoa” komandası ilə qarşılaşıb. Görüşün 16-cı dəqiqəsində Mandzukiç’dən dəqiq ötürmə alan Duqlas Kosta hesabı açıb 1:0. Bu qol oyunda vurulan yeganə qol olub. Latsio – Kyevo matçında böyükhesablı nəticə qeydə alınıb. 5:1 hesabı ilə qələbə qazanan meydan sahibləri xallarının sayını 43-ə yüksəldib. Turun mərkəzi görüşündə “İnter” və “Roma” komandaları qarşılaşıb. Hesab oyunun 31-ci dəqiqəsində açılıb. Qapıçı Handanoviç’lə təkbətək qalan El Şaaravi qonaqları hesabda önə çıxarıb 0:1. Meydan sahibləri məğlubiyyətdən yalnız görüşün sonuna dörd dəqiqə qalmış xilas ola bilib. Brozoviçd’ən ötürmə alan Vesino İnter’ə 1 xalı gətirən futbolçu olub. Kalyari – Milan görüşündə qonaqlar qələbəni bayram edib 1:2. Atalanta – Napoli 0:1 Bolonya – Benevento 3:0 Kalyari – Milan 1:2 Verona – Krotone 0:3 Latsio – Kyevo 5:1 Sampdoriya – Fiorentina 3:1 Sassuolo – Torino 1:1 Udineze – Spal 1:1 İnter – Roma 1:1 Yuventus – Cenoa 1:0

İspaniya Çempionatı 20-ci tur:
Çempionatın lideri “Barselona” səfərdə Betis’ə futbol dərsi keçib 5:0.
Barsa’nın əzəli rəqibi “Real Madrid” komandasıda turu böyükhesablı qələbə ilə başa vurub. Deportivo’nu qəbul edən Kral klubu rəqibini 7:1 hesabı ilə darmadağın edib.
Las Palmas – Valensiya görüşündə meydan sahibləri qələbə qazanıb 2:1.
“Atletiko Madrid” gözlənilmədən evində “Jirona” ilə oyunda xal itkisinə məruz qalıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
Ötən tur Real Madrid’ə səfərdə qalib gələn “Villarael” bu tur evində Levantedən güclü olub 2:1.
Turun son görüşündə “Eybar” və “Malaqa” komandaları heç-heçə oynayıblar 1:1
Alaves – Leqanes 2:2
Xetafe – Atletik Bilbao 2:2
Real Madrid – Deportivo 7:1
Real Sosyedad – Selta 1:2
Betis – Barselona 0:5
Espanyol – Sevilya 0:3
Atletiko Madrid – Jirona 1:1
Las Palmas – Valensiya 2:1
Villareal – Levante 2:1
Eybar – Malaqa 1:1

Frame.az

Parvin Bayramov

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!