EventsIqtisadiyyatTəhsilTəqdimat

Avropa İttifaqı Gənclər Konfransı (EU Youth Conference)

Rumıniyanın Buxarest şəhərində Avropa İttifaqı Şurası, Rumıniya sədrliyinin təşkilatçılığı ilə 25-28 Aprel tarixlərində “Avropa İttifaqı Gənclər Konfransı” təşkil olunmuşdur. Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə İş şöbəsinin Gənclər Təşkilatları ilə İş sektorunun aparıcı məsləhətçisi Nisə Paşayeva və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) Beynəlxalq Əlaqələr üzrə katibi Aydın Mehdiyev təmsil etmişdir.

TədbirRumıniyanın İdman və Gənclər Naziri Constantin Bogdan Matei, Məşğulluq və Sosial Müdafiə Naziri Marius-Constantin Budai, Rumıniyanin Avropa İttifaqındakı Gənc Nümayəndəsi Maria Francesca Cristea və Rumıniyanın Milli Gənclər Şurasının prezidenti Mihai Dragoşun açılış nitqləri ilə başladı.
Daha sonra “Məşğulluğun gələcəyi və gənclər” (Future of work and young people) mövzusunda Avropa Komissiyasının rəsmi təmsilçisi Mariana Georgallis, Avropa Gənclər Forumunun İdarə Heyətinin üzvü Silja Markkula və “WebDollar”-ın təsisçisi Alexandru Lonut Budişteanu öz fikirlərini bölüşmüş və tədbir iştirakçılarının suallarına cavab vermişlər.
İlk günün ikinci hissəsi isə tədbir iştirakçılarının işçi qrupları halında “Məşğulluğun Gələcəyi, Avropa İttifaqının Gənclik Hədəfləri və Gənclər Siyasəti” barədə müxtəlif müzakirələr etdilər.
Tədbirin ikinci günü Avropa Parlamentinin üzvü Emilian Pavel, “IZ-Verein für Vielfalt” təşkilatının direktoru Gerhard Moßhammer, Avropa Ticarət İttifaqı Konfederasiyası əməkdaşı Adriana Ciacar və İspaniya Milli Gənclər Şurasının vitse-prezidenti Maria Rodriguez Alcazarın iştirakı ilə “Avropa və mən – gənclərin məşğulluğu barədə Avropa İttifaqı siyasəti və proqramları” mövzusunda panel müzakirəsi ilə başladı.

Tədbirin növbəti hissəsində isə iştirakçılar işçi qruplarına bölünərək “Avropa Birliyi Gənclər Dialoqu” çərçivəsində gənclər siyasətinə və işinə dair müxtəlif müzakirələr apardılar.

Konfransın son günü Rumıniyanın Baş nazirinin müavini Ana Birchall-ın Avropa Gənclər Dialoqu və Avropada məşğulluq haqqında çıxışı ilə başladı. Daha sonra Rumıniya Gənclər və İdman Naziri Constantin-Bogdan Matei, Avropa Komissiyasının Təhsil, Mədəniyyət,Gənclər və İdman məsələləri üzrə müvəkkili Tibor Navracsics, Avropa Şurası Gənclər Departamentinin rəhbəri Antje Rothemund və Avropa Gənclər Forumunun prezidenti Carina Autengruber “Avropa İttifaqının gələcəyində gənclərin rolu” mövzusunda öz fikirlərini bildirib, gənclərin suallarına cavab verdilər.

#NAYORA #AzeYouthPolicy

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!