Avropa İttifaqı və Azərbaycan Bakıda Tvinninq layihələrini müzakirə edirlər

10 oktyabr 2019-cu il tarixində Avropa İttifaqı və Azərbaycan arasında Tvinninq  layihələrini müzakirə etmək üçün Bakıda dəyirmi masa keçiriləcək.  Avropa Komissiyasının  Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbərləri  cənab Vasilis Maraqos və xanım Diana Yablonskanın başçılıq etdiyi nümayəndə heyətinin, həmçinin Azərbaycan rəsmilərinin qatıldığı tədbirə Azərbaycanın  İqtisadiyyat Nazirliyi ev sahibliyi edəcək.

Dəyirmi masanın keçirilməsində məqsəd Azərbaycanda Tvinninq proqramının gələcəyini müzakirə edərək, ölkədə dövlət idarəçiliyində islahat prosesinə səmərəli şəkildə töhfə vermək üçün daha strateji yanaşmanın təmin edilməsi yollarını müəyyən etməkdir.

“Aİ-nin Tvinninq  proqramı Aİ və Azərbaycan arasında ən uğurlu əməkdaşlıq alətlərindən biridir. Bu proqram Avropanın qabaqcıl təcrübələrini Azərbaycandakı qurumlarla bölüşməyə və əhali üçün faydalı islahatların dəstəklənməsinə kömək edir. Bu dəyirmi masa bizə gələcəkdə daha da səmərəli fəaliyyət göstərməkdə kömək edəcək”, – deyə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas qeyd edib.

Nəqliyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi, Energetika Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət İmtahan Mərkəzi, Dövlət İcbari Tibbi Sığorta Agentliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən ekspertlər tədbirdə iştirak edəcəklər.

Tvinninq Aİ-nin üzv dövlətlərinin və Azərbaycan kimi tərəfdaş ölkələrin dövlət administrasiyaları arasında institusional əməkdaşlıq vasitəsidir. Tvinninq layihələri çərçivəsində nəticələr həmkar qurumlar arasında həyata keçirilən  tədbirlər vasitəsilə əldə olunur. Son on il ərzində Azərbaycanda 26 nazirlik və dövlət qurumu 46 Tvinninq layihəsində iştirak edib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: