FutbolIdman

Avropa Liqası: 1/16 finalın cütlükləri müəyyənləşdi

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə pley-off raundunun cütlükləri bəlli olub.

“Qarabağ”la eyni qrupda yer almış İspaniya “Vilyarreal”ı Avstriyanın “Zlatsburq” komandasına, İsrailin “Makkabi” (Təl-Əviv) klubu isə Ukraynanı təmsil edən Donetsk “Şaxtyor”una rəqib olub.

Avropa Liqası

1/16 final mərhələsi

“Volfsberq” (Avstriya) – “Tottenhem” (İngiltərə)

“Dinamo” (Kiyev, Ukrayna) – “Brügge” (Belçika)

“Real Sosyedad” (İspaniya) – “Mançester Yuneyted” (İngiltərə)

“Benfika” (Portuqaliya) – “Arsenal” (İngiltərə)

“Srvena Zvezda” (Serbiya) – “Milan” (İtaliya)

“Antverpen” (Belçika) – “Reyncers” (Şotlandiya)

“Slaviya” (Praqa, Çexiya) – “Lester” (İngiltərə)

“Zaltsburq” (Avstriya) – “Vilyarreal” (İspaniya)

“Braqa” (Portuqaliya) – “Roma” (İtaliya)

“Krasnodar” (Rusiya) – “Dinamo” (Zaqreb, Xorvatiya)

“Yanq Boyz” (İsveçrə) – “Bayer” (Almaniya)

“Molde” (Norveç) – “Hoffenhaym” (Almaniya)

“Qranada” (İspaniya) – “Napoli” (İtaliya)

“Makkabi” (Təl-Əviv, İsrail) – “Şaxtyor” (Donetsk, Ukrayna)

“Lill” (Fransa) – “Ayaks” (Niderland)

“Olimpiakos” (Yunanıstan) – PSV (Niderland)

Qeyd edək ki, Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları 2021-ci il fevralın 18-də, cavab matçları həmin ayın 25-də keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 00:00-da başlayacaq. Səpələnmişlər səbətində yer alan komandalar ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirəcəklər. Turnirin 1/8 final mərhələsinin püşkü fevralın 26-da atılacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!