Avropa Liqasında 1/4 finala yüksələn komandalar müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçiriləcək.

“Report” xəbər verir ki, 8 qarşılaşmanın yekununda 1/4 finala yüksələn komandaların adlarına aydınlıq gələcək.

“Qarabağ”la eyni qrupda yer almış İngiltərə “Arsenal”ı Fransanın “Renn” komandasını qəbul edəcək. Fransadakı matçda gözlənilmədən rəqibinə uduzan London klubu məğlubiyyətin əvəzini ən azı 2 cavabsız qolla çıxmağa çalışacaq.

İngiltərənin turnirdəki digər təmsilçisi “Çelsi” Ukraynanın paytaxtı Kiyevdə “Dinamo”nun qonağı olacaq. İlk oyunda rəqibini böyük hesabla üstələyən “zadəganlar”ın bu mərhələdə büdrəyəcəyi inandırıcı görünmür.

Rusiya klubları isə İspaniya komandalarının müqavimətini qırmağa çalışacaq. “Zenit” səfərdə “Vilyarreal”la, “Krasnodar” isə evdə “Valensiya” ilə üz-üzə gələcək. Səfərdə rəqibinə minimal fərqlə uduzan “Krasnodar” doğma azarkeşlər önündə 1/4 finalı təmin etmək niyyətindədir. “Zenit” isə mərhələ adlamaq üçün işini yetərincə çətinə salıb.

Avropa Liqasında mübarizəni davam etdirən İtaliya klublarından “Napoli” Avstriyada “Zalsburq”la münasibətlərinə aydınlıq gətirəcək. Neapol təmsilçisi evdəki oyunda rəqibini böyük hesabla üstələdiyindən, bu matça rahat çıxacaq. “İnter” öz meydanında Almaniyanın yeganə təmsilçisi Frankfurt “Ayntraxt”ını mübarizədən kənarlaşdırmağa çalışacaq.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Avropa Liqası

1/8 final, cavab oyunları

14 mart

21:55. “Dinamo” (Kiyev, Ukrayna) – “Çelsi” (İngiltərə)

İlk oyun – 0:3

21:55. “Zalsburq” (Avstriya) – “Napoli” (İtaliya)

İlk oyun – 0:3

21:55. “Krasnodar” (Rusiya) – “Valensiya” (İspaniya)

İlk oyun – 1:2

24:00. “İnter” (İtaliya) – “Ayntraxt” (Frankfurt, Almaniya)

İlk oyun – 0:0

24:00. “Benfika” (Portuqaliya) – “Dinamo” (Zaqreb, Xorvatiya)

İlk oyun – 0:1

24:00. “Slaviya” (Praqa, Çexiya) – “Sevilya” (İspaniya)

İlk oyun – 2:2

24:00. “Arsenal” (İngiltərə) – “Renn” (Fransa)

İlk oyun – 1:3

24:00. “Vilyarreal” (İspaniya) – “Zenit (Rusiya)

İlk oyun – 3:1

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: