IqtisadiyyatƏn SonƏn Son

Avropadan ABŞ-a bütün uçuşlara 30 günlük qadağa qoyulub

Martın 11-də ABŞ Prezidenti Donald Tramp televiziya vasitəsilə xalqa müraciət edib.

Frame.az xəbər verir ki, Tramp öz çıxışında koronavirus (COVİD-19) infeksiyasının ABŞ ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirildiyini bildirib.

Koronavirusun aşkar olunduğu ölkələrdən gələn şəxslərin müayinəsi ilə bağlı zəruri tədbirlər həyata keçirildiyini vurğulayan Ağ Evin başçısı deyib ki, ixtisaslaşmış xəstəxanalar və laboratoriyalar xəstəliyin müayinəsi, həmçinin müalicəsi üçün müvafiq avadanlıqlarla və dərman preparatları ilə təmin edilib.

Prezident Tramp deyib ki, ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün Ağ Ev növbəti 30 gün ərzində Böyük Britaniya istisna olmaqla Avropadan ABŞ-a gələn bütün uçuşlara və gəmilərə ölkəyə qadağa qoyub.

Bildirilib ki, ABŞ-da koronovirusa yoluxmuş insanların sayı 1300-ə çatıb. Bundan əlavə, Prezident Tramp qeyd edib ki, koronavirusun yayılmasından zərər çəkmiş müəssisələrə maddi yardım ayrılacaq və 50 milyard dollara yaxın kiçik biznes kreditləri veriləcək.

Təcili tədbirlər çərçivəsində Tramp, həmçinin əməkhaqqı vergisinin azadılması üçün addımlar atmağa çağırıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!