Avropanın Euronews kanalı Bakı Şopinq Festivalı haqda süjet hazırlayıb

Azərbaycan Konqreslər Bürosu Bakı Şopinq Festivalını və Azərbaycanı turizm məkanı kimi tanıtmaqda davam edir.  Bununla bağlı Büro Avropanın Euronews Telekanalı ilə əməkdaşlıq edərək “Destination” proqramının bir sayını Bakı Şopinq Festivalına həsr etməyə nail olub.  Verilişdə  Bakı Şopinq Festivalının xüsusiyyətləri və üstünlükləri haqda  məlumat,  həmçinin iştirakçı mağazaların təmsilçilərinin festivala qoşulmağın bizneslərinə verdiyi faydalar barədə fikirləri yer alıb.

Azərbaycan Konqreslər  Bürosu Bakı Şopinq Festivalının dünyada tanıdılması və ölkəyə  turizm axınının artması üçün  bu cür  tanıtım və təbliğat  materialları  təşkil etməkdə davam edəcəkdir.

Azərbaycan Konqreslər Bürosu şopinq həvəskarlarının nəzərinə çatdırır ki, mayın 31-dək davam edəcək festival müddətində alış-veriş etməklə onlayn lotereyanın birbaşa iştirakçısına çevrilən alıcılar 10,000-dən çox dəyərli hədiyyəyə və əsas uduş olan “Nissan Sunny” avtomobilinə sahib olmaq imkanı qazanacaqlar! Bunun üçün heç bir lotereya bileti almağa ehtiyac yoxdur. Sadəcə alış-verişinizi təsdiqləyən sənəd (çek və ya Vergi Hesab Fakturası) Sizin lotereya biletiniz olaraq uduşda iştirak etməyinizə imkan verəcək.

Festivalda iştirak edən mağazalarla Bakı Şopinq Festivalının internet səhifəsindəki http://bakushopfest.com/our-stores/ keçidi vasitəsilə tanış ola bilərsiniz.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: