FutbolIdman

Avropanın yaşıl meydançalarında nələr baş verir?

Almaniya Çempionatı 18-ci tur:

Son illərin dəyişilməz çempionu Leverkuzen’ə səfər etmişdir. Hesab görüşün 32-ci dəqiqəsində açılıb. İspaniyalı yarımmüdafiəçi Xavi Martinez yaxın məsafədən Lenonun qapısına yol tapıb 0:1. İlk hissə Bavariya’nın minimal hesablı üstünlüyü ilə yekunlaşıb. 59-cu dəqiqədə Riberi fərqi iki topa çatdırıb. Oyunun 70-ci dəqiqəsində Volland hesab arasındakı fərqi minimuma endirib. Lakin bu qoldan artığına meydan sahiblərinin gücü çatmayıb. 90-cı dəqiqqədə cərimə zərbəsindən baxımlı qola imza atan Xames Rodriges fərqi yenidən iki topa çatdırıb. 3:1 hesabı ilə qələbə qazanan “Bavariya” xallarının sayını 44-ə çatdırıb. Məğlub olan Bayer’in isə 12 turluq məğlubiyyətsizlik seriyası qırılıb. Turun mərkəzi oyununda “Leipziq” komandası Şalke’yə 3:1 hesabı ilə qalib gələrək ikinci sıraya yüksəlib. Borussia Dortmund – Volfsburq matçında qalib müəyyənləşməyib. Çempionatın autsayderi “Köln” evində “Borussia Münhenqladbax” komandasını 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Hannover – Mayntz 3:2 Ştutqart – Herta 1:0 Bayer – Bavariya 1:3 Auqsburq – Hamburq 1:0 Ayntraxt – Frayburq 1:1 Verder – Hoffenhaym 1:1 Leipziq – Şalke 3:1 Borussia Dortmund – Volfsburq 0:0 Köln – Borussia Münhenqladbax 2:1

İspaniya Çempionatı 19-cu tur:

Turun açılış matçında “Xetafe” və “Malaqa” komandaları üz-üzə gəlib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Çempionatın lideri “Barselona” “Real Sosyedad” komandasının qonağı olub. Görüş qonaqlar üçün heç də yaxşı başlamayıb. Artıq 11-ci dəqiqədə meydan sahibləri Joze’nin başla vurduğu qolla hesabda önə keçiblər. 34-cü dəqiqədə fərq iki topa çatdı. Bu dəfə Xuanmi adını tabloya yazdırdı. 2:0 geriyə düşdükdən hücumlarının kəsərini artıran Barsa 39-cu dəqiqədə Paulinyo’nun aoluyla fərqi azaltdı 2:1. İkinci hissənin əvvəllərində Suarez baxımlı qola imza taraq oyuna hesabı bərabərləşdirdi. 71-ci dəqiqədə Uruqvaylı forvard dublunu rəsmiləşdirdi 2:3. Görüşdə son nöqtəni isə 85-ci dəqiqədə komandanın lideri Messi qoydu. Argentinalı forvard cərimə zərbəsindən fərqlənərək komandasının 4-cü qoluna imza atdı. 4:2 hesabı ilə qələbə qazanan Ernesto Valverde’nin komandası xallarının sayını 51-ə yüksəltdi. Eybar – Atletiko Madrid görüşündə qapılara bir qol vuruldu. Fransalı forvard Kevin Qameyro’nun ilk hissədə vurduğu qol Madridlilərə vacib 3 xal gətirib. Zidanın çalışdırdığı “Real Madrid” komandası turu xalsız başa vurub. Evində oynamasına baxmayaraq Kral klubu sürpriz şəkildə “Villareal” komandasına 0:1 hesabı ilə yenilib. Jirona – Las Palmas görüşündə meydan sahibləri rəqibini 6:0 hesabı ilə darmadağın edib. Xetafe – Malaqa 1:0 Real Madrid – Villareal 0:1 Deportivo – Valensiya 1:2 Espanyol – Atletik Bilbao 1:1 Alaves – Sevilya 1:0 Levante – Selta 0:1 Eybar – Atletiko Madrid 0:1 Real Sosyedad – Barselona 2:4 Jirona – Las Palmas 6:0 Betis – Leqanes 3:2

İngiltərə Çempionatı 23-cü tur:

Turun mərkəzi görüşündə “Liverpul” doğma meydanında yenilməz “Mançester Siti” komandasını qəbul edib. Görüşə fəal başlayan meydan sahibləri tezliklə istəklərinə nail olublar. Çemberlayn oyunun 9-cu dəqiqəsində uzaq küncü dəqiq nişan alıb 1:0. Fasiləyə beş dəqiqə qalmış qonaqlar tarazlığı bərpa ediblər. “Mançester Siti” klubunun Almaniyalı futbolçusu Sane həmyerlisi Karius’u cəzalandırıb 1:1. İkinci hissədə təzyiqi artıran “Liverpul” doqquz dəqiqə ərzində 3 qol vurub. Öncə 59-cu dəqiqədə ilk qolun müəllifi Çemberlayn Firmino’nu qapıçı ilə təkbətək qoyub. Braziliyalı futbolçu komanda yoldaşının ötürməsini qola çevirib 2:1. Şokdan ayılmamış qonaqlar cəmi iki dəqiqə sonraa qapılarında növbəti qolu görüblər. Mane gözəl zərbə ilə uzaq doqquzluğu dəqiq nişan alıb 3:1. 68-ci dəqiqədə Salah qapıçının səhvindən sonra topu boş qapıya göndərib 4:1. Qeyd edək ki, bu qol Misirli futbolçunun cari çempionatda vurduğu 18-ci qol olub. Məğlubiyyətdən qaçmağa çalışan Pep Quardiola Bernard Silva’nı ddöyüşə atıb. 84-cü dəqiqədə məhz Portuqaliyalı yarımmüdafiəçi fərqlənərək hesab arasındakı fərqi azaldıb 4:2. Oyunun sonuncu dəqiqəsində İlkay fərqi minimuma endirsə də bundan artığına Şəhərlilərin gücü çatmayıb. 4:3 hesabı ilə məğlub olan “Mançester Siti” cari çempionatda ilk məğlubiyyətini alıb. Son iki ilin çempionları “Çelsi” və “Lester” komandaları “Stemford Bric” stadionunda üz-üzə gəlib. Hər iki komandanın bior neçə dəfə fərqlənmə imkanları olsada qapılara qol vurulmayıb. “Mançester Yunayted” evində çətinlik çəkmədən “Stok Siti” komandasına 3:0 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində “Qırmızı Şeytanlar” xallarının sayını 50-yə çatdırıb. Çelsi – Lester 0:0 Liverpul – Mançester Siti 4:3 Nyukasl – Suonsi 1:1 Tottenhem – Everton 4:0 Haddersfild – Vest Hem 1:4 Vest Bromviç – Brayton 2:0 Uatford – Sautgempton 2:2 Kristal Pelas – Barnli 1:0 Bornmut – Arsenaal 2:1 Mançester Yunayted – Stok Siti 3:0

Frame.az

PƏRVİN BAYRAMOV.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!