EventsTəqdimat

Ayselin studiyasının 4 illiyinə həsr olunmuş konsert keçirilib

Mədəniyət və incəsənətin sürətlə inkişaf etdiyi son dövrlərdə azərbaycanlı uşaqların və gənclərin öz istedadlarını inkişaf etdirmək üçün bir çox təntənəli addımlar atılır.

16 iyun 2019-cu il tarixində keçirilmiş Ayselin studiyasının 4 illiyinə həsr olunmuş yekun konsertində gənc istedadlarımız öz məharətlərini sərgiləmək üçün imkan tapmışdır.

Bədii rəhbər, kim ki, həyatının 17 ilini səhnələrə adamış və bu sahədə öz sözünü demiş sayılıb seçilən Aysel Hüseynova Azərbaycan mədəni irsinin qoruyub saxlanılmasında, gənc istedadlarımızın aşkara çıxarılmasında böyük rol oynamağa davam edir.

Adi çəkilən konsertdə onlarla uşaq iştirak etmişdir. Onlar yalnızca Azərbaycan milli rəqsinin nümunələrini deyil, həmçinin dünya folklorunun incilərindən də nümayiş ediblər. Müasir rəqs nominasiyalari üzrə bir çox uğurlu çıxışlar edilməklə yanaşı,  müxtəlif xalq mahnıları da ifa edilib. Nəticədə uşaqlara medallar ve diplomlar təqdim edilib və xatirə rəsmi çəkilib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!