Azərbaycan ən yüksək reytinqə malik olan “Uber” istifadəçilərinin ölkə siyahısının ilk üçlüyündə yer alıb

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti eyniadlı sistemin ən yüksək reytinqinə malik olan instifadəçilərin ölkə siyahısını açıqlayıb.

“Zəhmət olmasa, gedişi qiymətləndirin. Ümid edirəm, hər şey ürəyinizcə oldu, xoş günlər!”. Şübhəsiz ki, hər bir “Uber” istifadəçisi bu sözləri sürücüdən dəfələrlə eşidib. Lakin sürücülərlə yanaşı istifadəçilərin də qiymətləndirilməsi funksiyasının mövcudluğunu heç də hər kəs bilmir. Sonuncu məlumatlara əsasən, Azərbaycanda olan istifadəçilərin orta reytinqi 4,95 ball təşkil edir ki, bu da Azərbaycana ümumi ölkə siyahısında üçüncü yerdə qərarlaşmağa imkan yaradıb. Siyahıda 97 plkə yer alıb, Azərbaycanı yalnız Estoniya (4,96 ball) və Litva (4,957 ball) qabaqlayır. Ən sərt sürücülər isə Qanadadır, bu ölkədə istifadəçilərin orta reytinqi 4,69 ball təşkil edir.

Qiymət vermək imkanı sistemin üstünlüklərindən biridir, belə ki, qiymətləndirmə sayəsində sürücünün işinin effektivliyini və istifadəçinin davranışını mühakimə etmək mümkündür. Bu cür yanaşma “Uber”ə daim öz biznesini təkmilləşdirməyə, yeni məhsullar və sürücü və istifadəçilərə vacib olan həlləri təklif etməyə imkan yaradır.

İstifadəçinin reytinqi bütün partnyor-sürücülər tərəfindən ona qoyulan bütün qiymətlərin orta ballını əks etdirir. Nə müştəri, nə də sürücü heç vaxt bilməyəcək ki, ona qiymət kim tərəfindən, hansı səfərin yekununa görə və hansı bal verilib. Sifariş zamanı sürücü istifadəçinin. İstifadəçi isə sürücünün reytinqini görür. Səfər başa çatdıqdan sonra “Uber” istifadəçiyə onu 1-dən 5-dək qiymətləndirməyi təklif edir. Səfəri tətbiqin özündə və ya elektron poçt ünvanına göndərilən qəbzin aşağı hissəsində qiymətləndirmək mümkündür. Bundan başqa, tətbiqin özü təklif etdiyi səfərin ayrı-ayrı meyarlarına görə şərh də yazmaq olar.

İstifadəçi öz reytinqini öyrənmək üçün tətbiqi açıb, menyuya daxil olmalıdır. Reytinq istifadəçinin adının altında əks olunur.

“Hamıya 5 ulduz qoyduğum haldə mənim reytinqim niyə 4,90 balldır?”. Reytinq açıq şəkildə göstəriləndən sonra istifadəçilə bu sualı tez-tez verməyə başlayıb. “Uber”in partnyor-sürücüləri arasında keçirilən sorğu nəticəsində qiymətin aşağı olmasının top-5 səbəbi müəyyənləşib.

Əsas meyar – nəzakətdir. Kobudluq heç kimin xoşuna gəlmir və sürücülər də istisna deyil.Əgər nəyisə açıb və ya bağlamaq mümkün deyilsə –onu hansı üsulla olursa-olsun etməyə çalışmayın, problem barədə sadəcə sürücüyə məlumat verin.

Gecikmə – hər bir sürücü avtomobil gəldikdə istifadəçinin çıxmağa tələsmədiyi halla rastlaşıb. Sürücü sifariş olunan yerə yaxınlaşan zaman tətbiq istifadəçini bu barədə xəbərdar edir, səfərinizi öncədən planlaşdırın, ləngiyəcəyiniz halda sürücüyə xəbər verin.

Xidmətdən istifadə edərkən zərərli vərdişlərdən özünüzü saxlayın. Bir çox sürücü siqaret iyinə tab gətirbir və ya sadəcə maşının salonunda siqaretin çəkilməsini istəmir. “Mənim üçün oldyqca vacibdir – sərinişin siqaret çəkməyə icazə alır yoxsa soruşmadan yandırır. Çalışıram ki, istifadəçiyə aşağı qiymət qoymayım, mən tərəfində qoyulan ən aşağı qiymət 3 ball olub, bu da məhz siqaret çəkmək məsələsi ilə bağlı idi”, – deyə “Uber”in partnyor-sürücüsü Zəka Xəlilov bildirib.

Təmizlik – bəzi amillərdəndir ki, sürücü tərəfindən istifadəçiyə aşağı qiymət verilir. Əgər siz maşını zibilləyir, salonu çirkləndirir və ya şüşədə ləkə qoyursunuzsa – yüksək qiymət gözləməyə dəyməz.“Bir dəfə bir xanım istifadəçi uşaqla avtomobilə mindi və uşağın ayaqqabısını çıxartmadan onu oturacqda əyləşdirdi. Mən oturacağı çirkləndirməməyi, uşağın ayaqqabısını çıxartmağı və ya onu oturacaqdan düşürtməyi xahiş etdim, lakin əvəzində “bu sənin işin deyil” cavabını aldım. Bu, ilk dəfə idi ki, mən istifadəçini iki ulduzla qiymətləndirdim”, – deyə digər sürücü-partnyor xanım İranə Əfəndiyeva qeyd edib.

Dilim – düşmənimdir. Sərnişinlərin həddindən artıq danışmaları da youcu ola bilər. Avtomobili sürücü idarə edir, ona görə də “bu maşını ötüb keç, niyə belə asta gedirsən” tipli “dəyərli” məsləhətlərdən vaz keçin.

Ümumiyyətlə isə “Uber”in tərəfdaş-sürücüləri istifadəçilərə qəsdən aşağı ball vermirlər. “Hamımız insanıq, kiməsə pislik etmək nəyə lazım”, – bu, sorğuda iştirak edən bir çox sürücünün devizidir. Reytinqinizin dəyişməyini istəyirsinizsəən yaxşısı nəzakətli və dəqiq olun və avtomobillə ehtiyatla davranın.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: