“Azərbaycan animasiyasının gələcəyi” mövzusunda dəyirmi masa keçiriləcək

Yanvarın 5-də, saat 17:00-da, “OD Media & Production”da, “Azərbaycan animasiyasinin gələcəyi” mövzusunda dəyirmi masa keçiriləcək. Tədbirdə animasiya studiyalarının nümayəndələri, rejissorlar, prodüserlər, animasiya rəssamları, animatorlar və kinoşünaslar öz gələcək layihələrini müzakirə edəcəklər. Azərbaycan animasiyasına həsr edilmiş Anima.az saytı təqdim olunacaq, həmçinin ANİMAFİLM Baku birinci Beynəlxalq Animasiya Festivalı layihəsi təqdim olunacaq.

Dəyirmi masa “OD Media & Production”ın dəstəyi ilə Rəşid Ağamalıyev tərəfindən təşkil olunur.

Zalda yerlərin sayı məhduddur. Tədbirdə iştirak üçün təşkilatçılarla 050 462 91 49 telefon nömrəsi ilə və ya rashid.aghamali@gmail.com ünvanı ilə qeydiyyatdan keçmək vacibdir.

Bütün KİV nümayəndələrini tədbirimizə dəvət edirik. KİV nümayəndələri üçün akreditasiya mütləqdir və rashid.aghamali@gmail.com mail adresindən təsdiqlənir.

Tədbir “OD Media & Production”da keçiriləcək.
Ünvan: Süleyman Tağızadə 56 (Cəlil Məmmədquluzadə ev muzeyinin yanı)
E-mail: rashid.aghamali@gmail.com
Tel.: 050 462 91 49

Dəyirmi masa haqqında əlavə məlumatı buradan oxuya bilərsiniz:
https://www.facebook.com/events/871080353061898/
https://www.facebook.com/Az.animasiya/
https://www.instagram.com/azerbaycan.animasiyasi/

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: